Vakansiya haqqında
Əsas vəzifələr
Daxil olan e-poçt və faksları izləmək və nəzarətdə saxlamaq;
Mühafizə departamentinin əməkdaşlarına inzibati və kargüzarlıq məsələlərində dəstək göstərmək;
Departament daxilində iclasları təşkil etmək və həmin iclaslarda iştirak etmək;
Müştərilər, təchizatçılar və digər şöbələrlə əlaqə saxlamaq, Mühafizə departamenti tərəfindən təqdim olunan müqavilələrin hazırlanmasına kömək etmək;
Departamentə aid bütün sənədlərin qorunub saxlanmasına nəzarət etmək;
Departament işçilərinə dair tələb olunan sənədlərin izlənilməsini və şəxsi fayllarda saxlanılmasını nəzarətdə saxlamaq;
Lazım gəldikdə PR (satınalma tələbi) açmaq, faktura təqdim etmək və ödənişlərin izlənməsini aparmaq;
Departamentin işə qəbul prosesinə, iş və davamiyyət cədvəlinin, eləcə də məzuniyyət planlamasının hazırlanmasına dəstək vermək;
Aylıq tələb olunan hesabatları hazırlamaq və birbaşa rəhbərə təqdim etmək;
Yeni komanda üzvlərinin şirkətə uyğunlaşması üçün lazımi kömək göstərmək;
İnzibati sistemin səmərəliliyini daim izləmək və ehtiyac olduqda təkmilləşdirmək;
Qayda və prosedurlara uyğun şəkildə yerli və xarici müştərilərlə peşəkar, nəzakətli ünsiyyət qurmaq;
Yanğının qarşısının alınması və evakuasiya prosedurlarını bilmək, qonaqların və işçilərin təhlükəsizliyi üçün çevik qərar vermək;
Departamentə aid qanunlara, təlimatlara və qaydalara riayət etmək;
1C proqramında işləmək və aylıq davamiyyət cədvəlini sistemə əlavə etmək;
Yaranan problem və ya suallar barədə vaxtında həll üçün birbaşa rəhbərə dərhal məlumat vermək;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
İtirilmiş və tapılmış əşyaların lazımi qaydada sistemə daxil edilməsinə nəzarət etmək, bu barədə müraciətlərə vaxtında cavab vermək və təhvil-təslim prosesinə düzgün əməl etmək.
Tələblər
Səlis Azərbaycan dili biliyi, ingilis və rus dili arzuolunandır;
Davamlı inkişaf etməyə və öyrənməyə meyillilik;
Yaranmış vəziyyəti mümkün qədər tez və keyfiyyətli həll etmək bacarığı;
Detallara diqqət yetirmək qabiliyyəti;
MS Word, Excel, Outlook, PowerPoint proqramları üzrə kompüter bilikləri;
Opera proqramı ilə iş təcrübəsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
