Vakansiya haqqında
İş haqqında
Novator HRC təmizlik vasitələri, dezinfeksiya məhsulları və təmizləmə avadanlıqlarının satışını genişləndirdiyi üçün komandaya satışa həvəsli B2B satış təmsilçisi axtarır.
Vəzifə tam olaraq B2B satış fəaliyyətini əhatə edir və restoranlar, kafelər, ofislər kimi korporativ müştərilərlə iş aparılmasını nəzərdə tutur. Şirkətin mövcud müştəri bazası var, eyni zamanda yeni müştərilərin cəlb edilməsi də tələb olunur.
Vəzifələr
Məhsulların müştərilərə təqdim edilməsi və satışı
Gündəlik müştəri görüşlərinin və ziyarətlərinin planlaşdırılması
Sifarişlərin qəbul edilməsi və CRM sisteminə daxil olunması
Aktiv müştərilərlə işgüzar münasibətlərin qorunması
Yeni müştərilərin müəyyənləşdirilməsi və cəlb olunması
Satış planına uyğun hesabatların hazırlanması
İş şərtləri
950 AZN vergilər daxil + bonus (300-2700 AZN)
Gündəlik yanacaq xərclərinin qarşılanması
Həftədə 1 gün istirahət
Şirkət tərəfindən məhsul və satış üzrə təlimlər
Real yüksəliş imkanı
Dəstəkləyici komanda və stabil müştəri portfeli
Tələblər
Ali təhsil
B2B və ya satış sahəsində minimum 1 il iş təcrübəsi
Şəxsi avtomobil və sürücülük vəsiqəsi
Azərbaycan dilində sərbəst danışıq, Rus dili arzuolunandır
Güclü ünsiyyət və təqdimat bacarığı
Nizam-intizamlı olmaq, məsuliyyətli yanaşma və öyrənməyə açıqlıq
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "B2B Satış Təmsilçisi" qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
