Vakansiya haqqında
Gəncə şəhərində fəaliyyət göstərən ofis mebelləri satışı üzrə Satış təmsilçisi vakansiyası mövcuddur.
Vəzifə öhdəlikləri:
Müştəriləri salonda qarşılayaraq onların ehtiyaclarını müəyyən etmək, məhsullar barədə dəqiq və ətraflı məlumat vermək
Satışla əlaqəli qayda və prosedurları, o cümlədən kampaniyalar haqqında məlumatları vaxtında öyrənmək və tətbiq etmək
Satış prosesini həyata keçirmək
Müştərilərə uyğun olaraq yeni sifarişlərin alınması üçün təkliflər hazırlamaq
Salonda məhsulların düzülüşünə nəzarət etmək
Salondakı mal qalığını izləmək və müvafiq sistemdə işləmək (1 C və s.)
Tələblər:
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
Azərbaycan dilini səlis bilmək, rus və ingilis dili biliyi arzuolunandır
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq
Satış bacarığına malik olmaq
Yaş həddi: 25-40
İş şəraiti:
İş vaxtı: bazar ertəsi - şənbə, 10:00 - 19:00
İstirahət günü: bazar
Əmək haqqı: 800 - 1 000 AZN arası
Ünvan: Gəncə şəhəri
CV-lərinizi mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Mehemmed.e@offissa.com və Kamala.a@offissa.com ünvanlarına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
