Vakansiya haqqında
Vəzifə funksiyaları:
Layihələr üzrə əməkdaşların şəxsi işlərini açmaq və aparmaq;
İşçilərin davamiyyətini izləmək, tabeli hazırlamaq və İR Departamentinə göndərilməsini təmin etmək;
İşə qəbul, işdən azad olunma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR ilə bağlı digər sənədlərin İR departamentinə ötürülməsini təmin etmək;
Əmək müqaviləsi şərtlərinin və şirkətin daxili intizam qaydalarının pozulması barədə İR departamentinə məlumat vermək və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun tədbirlərin görülməsinə dəstək göstərmək;
İnsan resursları qaydaları və prosedurlarının hazırlanmasında iştirak etmək, layihələr üzrə mütəmadi təkliflər vermək;
Əməkdaşların məlumatlarını elektron bazaya daxil etmək və layihələr üzrə İK ilə bağlı məlumat bazalarını müntəzəm yeniləmək;
Cari gün üçün işçi sayına uyğun olaraq layihədə çalışan əməkdaşlar üçün bir yeməyin sifarişini vermək;
Layihə işçilərinin şikayətlərini araşdırmaq və onları İnsan Resursları Departamentinə çatdırmaq;
HR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək;
Layihə üzrə vaxtında, düzgün və səmərəli gündəlik fəaliyyətin təmin olunması üçün İİB-ə dəstək vermək;
İnkişaf hesabatlarının dəstəklənməsi üçün nüsxələrin İT Departamentinə göndərilməsini təmin etmək.
Tələblər:
Komputer bilikləri: Microsoft Office alətlərini (Word/Excel/PowerPoint/Outlook) əla səviyyədə bilmək;
Kadr işinin təşkili və hesabatların hazırlanmasını bilmək;
Kadrlarla bağlı bütün sənədləşməni, o cümlədən əmr, arayış, təqdimat, tabel və digər sənədlərin təşkilini əla səviyyədə bilmək;
Azərbaycan Qanunvericiliyinə əsasən məzuniyyət, müavinət və kompensasiyaların verilməsi və ödənilməsi qaydalarını yaxşı bilmək.
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Tabelçı (Qarabağ)” qeyd etməklə cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
