Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Zəhmət Ruzi MMC (SAB)

İstehsalat direktorunun köməkçisi / tərcüməçi

XırdalanMənbə: Vezife.az

Vakansiya haqqında

ZƏHMƏT RUZİ MMC “İstehsalat Direktorunun Köməkçisi / Tərcüməçi” vəzifəsi üzrə vakansiya təqdim edir. Əsas tələblər: Ali təhsil (Filologiya, Tərcümə, Beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi və ya uyğun digər ixtisas); Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək; Oxşar sahədə minimum 2 il iş təcrübəsi; MS Office proqramları ilə (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı; Güclü yazılı və şifahi ünsiyyət bacarığı; Analitik düşüncə tərzi, məsuliyyətlilik, məxfilik qaydalarına riayət və yüksək təşkilatçılıq qabiliyyəti; Vaxtı düzgün idarə etmək və eyni vaxtda bir neçə tapşırığı yerinə yetirmək bacarığı; Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə icrası. Vəzifə və öhdəliklər: İstehsalat direktoruna gündəlik inzibati və təşkilati dəstəyin göstərilməsi; Rəhbərliyin görüşlərinin, iclaslarının və ezamiyyətlərinin planlaşdırılması və əlaqələndirilməsi; Gələn və göndərilən rəsmi yazışmaların hazırlanması, qeydiyyatı və izlənməsi; Azərbaycan və rus dillərində şifahi və yazılı tərcümələrin aparılması; Müqavilələrin, hesabatların, təqdimatların və digər sənədlərin tərcüməsi və redaktəsi; İclas protokollarının tərtibi və tapşırıqların icrasına nəzarət; Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. Təklif edirik: Motivasiyaedici və dəstəkləyici iş mühiti; Tibbi sığorta; Rahat və stabil iş şəraiti; Nahar təminatı; Korporativ nömrə. İş şəraiti: İş qrafiki: 09:00–18:00, 5 günlük iş həftəsi; Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan; Əmək haqqı: müsahibə əsasında. CV-lərinizi “İstehsalat Direktorunun Köməkçisi/ Tərcüməçi” başlığı ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.