Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TVİM

B2B satış üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

"TVİM" MMC tikinti və inşaat materiallarının satışı sahəsində fəaliyyət göstərən və geniş məhsul çeşidinə malik şirkətdir. Komandamıza dinamik, nəticəyönümlü və satış sahəsində karyera qurmaq istəyən peşəkarlar axtarırıq. Əsas vəzifə öhdəlikləri B2B satış strategiyasının icrası: tikinti materiallarının satışı üçün potensial müştərilərlə ilkin əlaqə yaratmaq, görüşlər planlaşdırmaq və satış imkanlarını müəyyənləşdirmək. Mövcud müştəri bazası ilə işləmək, eyni zamanda yeni potensial müştəriləri araşdırmaq və müəyyən etmək. Potensial müştərilərlə görüşlər təşkil etmək, şirkət məhsullarını peşəkar şəkildə təqdim etmək və maraq formalaşdırmaq. Gündəlik fəaliyyətləri, müştəri məlumatlarını və satış prosesini CRM və Bitrix24 1C proqramlarında dəqiq şəkildə qeyd etmək, gündəlik uçotu aparmaq. Qiymət təkliflərini hazırlamaq, danışıqları aparmaq və müqavilənin bağlanmasını təmin etmək. Aylıq və illik plan üzrə dövriyyə, müqavilə sayı və yığım göstəriciləri ilə bağlı hesabatları hazırlamaq. Sərgilərdə şirkəti təmsil etmək. Müəyyən edilmiş aylıq satış hədəflərinə çatmaq və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Satış müqavilələrinin bağlanması və satışla bağlı digər rəsmi sənədləşmə işlərini icra etmək. Namizədə dair tələblər Ali təhsil arzuolunandır, biznesin idarə edilməsi və ya marketinq sahəsi üstünlük təşkil edir. Korporativ satış (B2B) sahəsində minimum 1-2 il təcrübə. Tikinti, sənaye və ya material satışı sahəsində təcrübə üstünlükdür. Azərbaycan dili əla səviyyədə olmalıdır, rus dili üstünlük hesab olunur. Aktiv satış bacarığı, yüksək ünsiyyət və təqdimat qabiliyyəti, inandırma bacarığı və komandada işləmək həvəsi. MS Office, xüsusilə Excel, həmçinin CRM və 1C proqramları ilə işləmək bacarığı. Tikinti materialları, mühəndislik və ya texniki məhsullar üzrə layihə əsaslı satış təcrübəsi olan namizədlərə üstünlük veriləcək. İş şəraiti və üstünlüklər İş qrafiki: Bazar ertəsi - Şənbə. Şənbə günü qısaldılmış iş günüdür. Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarığına uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir və AR Əmək Məcəlləsinə uyğun təmin olunur. Sabit maaşdan əlavə, satış hədəflərinin icrası və yığımlara əsaslanan aydın KPI-lar üzrə bonuslar ödənilir. Biznes məqsədli müştəri görüşləri üçün nəqliyyat təmin edilir. Sınaq müddəti: 3 ay. Maraqlanan namizədlər müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.