Vakansiya haqqında
Yaradıcı yanaşması olan, vizual keyfiyyəti ön planda saxlayan, sosial media trendlərini yaxından izləyən və fikirlərini peşəkar kontentə çevirə bilən SMM & Digital Marketing Manager axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin Instagram, Facebook və digər sosial media hesablarını idarə etmək;
Sosial media strategiyasını hazırlamaq və aylıq kontent planını tərtib etmək;
Kreativ Reels, videoçarx, post və Stories dizaynlarını hazırlamaq;
Brendin vizual üslubunu qorumaq və onu inkişaf etdirmək;
Reklam mətnləri və yaradıcı kampaniya ideyaları hazırlamaq;
Meta Ads Manager vasitəsilə target reklamları müstəqil qurmaq və idarə etmək;
Reklam kampaniyalarının nəticələrini analiz etmək və optimallaşdırmaq;
Sosial media hesablarının inkişafına, auditoriyanın və satışların artmasına töhfə vermək.
Namizədə tələblər:
SMM və Digital Marketing sahəsində minimum 3 il iş təcrübəsi;
Kreativ düşüncə tərzi, güclü vizual zövq və yaradıcı yanaşma;
Reels, video və qrafik kontenti peşəkar səviyyədə hazırlamaq bacarığı;
Canva, CapCut, Adobe Photoshop, Adobe Illustrator, Adobe Premiere Pro, After Effects və digər uyğun dizayn və video montaj proqramları ilə işləmək bacarığı;
Meta Ads Manager üzrə praktiki təcrübə və target reklamları müstəqil idarə edə bilmək;
Sosial media trendlərini izləmək və onları yaradıcı formada tətbiq etmək;
Analitik düşüncə, məsuliyyət hissi və komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində düzgün və cəlbedici mətn yazmaq bacarığı;
Portfolio təqdim edilməsi mütləqdir.
Üstünlük hesab olunur:
Turizm və səyahət sahəsində SMM təcrübəsi;
Travel kontentinin hazırlanması və turizm məhsullarının tanıdılması üzrə təcrübə;
İngilis və rus dillərini bilmək;
Uğurlu reklam kampaniyaları və real nəticələrdən ibarət portfolio.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: Həftənin 5 günü (Bazar ertəsi – Cümə);
Əmək haqqı: Yüksək əmək haqqı, namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
CV və portfolionuzu Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız qeyd olunan tələblərə uyğun olan namizədlərin CV göndərməsi xahiş edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
