Vakansiya haqqında
Təsvir
Bankın hüquq və mənafelərinin qorunması məqsədilə məhkəmələrdə, dövlət hakimiyyəti və idarəetmə orqanlarında, ictimai təşkilatlarda və digər üçüncü şəxslər qarşısında bankı təmsil etmək;
Bankın təqdim etdiyi iddia və digər ərizələri hazırlamaq, banka qarşı qaldırılan iddialar üzrə etiraz və mülahizələr tərtib etmək, həmçinin çıxarılmış məhkəmə qərarlarına dair şikayətləri hazırlamaq;
Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilə və təsərrüfat müqavilələrini hazırlamaq, kontragentlər tərəfindən təqdim edilən müqavilə layihələrini bankın hüquq və mənafelərinə, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün zəruri əlavə və dəyişikliklər etmək;
Bankın bağlamağı nəzərdə tutduğu və Hüquq idarəsinə, yaxud filialın hüquq məsləhətçisinə viza üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəy vermək;
Bankda müştərilərə hesabların açılması qaydasına riayət olunmasına nəzarət etmək;
İcraatda olan və icraatı başa çatmış məhkəmə işlərinin uçotunu aparmaq və saxlanmasını təmin etmək;
Hüquq idarəsinə və ya filialın hüquq məsləhətçisinin icraatına daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.
Tələblər
Hüquq sahəsində ali təhsil;
Oğlan namizədlər üçün hərbi xidməti başa vurmuş olmaq və ya hərbi xidmətdən möhlət hüququna malik olmaq;
Bank və ya digər kredit təşkilatlarının fəaliyyətinin hüquqi təminatı sahəsində azı 2 il iş təcrübəsi arzuolunandır;
Azərbaycan Respublikasının qanunvericiliyi və normativ-hüquqi aktlarını bilmək;
Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati və vergi hüququnun əsaslarını bilmək;
Mülki-hüquqi əqdlərin hazırlanması sahəsində təcrübəyə malik olmaq, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilmək;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilmək;
Azərbaycan dilini mükəmməl bilmək; rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
Kompüter bilikləri;
Bankda hüquqi işin, o cümlədən məhkəmə işlərinin aparılması təcrübəsi olan namizədlərə üstünlük verilir.
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
