Vakansiya haqqında
İşəgötürən: “GFC” MMC – KFC, Pizza Hut və Simit Sarayı restoranlar şəbəkəsi
Namizədə dair tələblər:
Ali və ya orta ixtisas təhsili;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Anbar uçotu, mal-material dövriyyəsi və qaimələrlə işləmək üzrə bilik və praktik bacarıqlar;
iiko proqramı ilə işləmə bacarığı;
MS Excel və MS Outlook proqramlarında sərbəst işləmə bacarığı;
Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
Komanda daxilində işləmək və operativ ünsiyyət qurmaq bacarığı.
Əsas vəzifələr:
Anbardan filiallara göndərilən mallar üzrə qaimələrin faktiki qəbul məlumatları ilə tutuşdurulması və fərqlərin müəyyən edilməsi;
Filiallardan daxil olan mal qəbulu məlumatlarının yoxlanılması və sistemdəki göstəricilərlə müqayisə edilməsi;
Qaimə ilə faktiki qəbul arasındakı uyğunsuzluqların aidiyyəti şəxslərlə, o cümlədən anbar, sürücü və filial əməkdaşları ilə dəqiqləşdirilməsi, səbəblərinin araşdırılması və uyğun tədbirlərin görülməsi;
Məhsulların anbara mədaxil və məxaric əməliyyatlarının izlənilməsi və uçotunun aparılması;
Çatışmayan, zədələnmiş və geri qaytarılan mallar üzrə müvafiq sənədlərin yoxlanılması və sistem məlumatları ilə müqayisə edilməsi;
Aşkarlanan uyğunsuzluqların araşdırılması əsasında iiko proqramında lazım olan düzəlişlərin edilməsi və sənədləşdirilməsi;
Anbarla filiallar arasında mal-material hərəkəti üzrə məlumatların düzgünlüyünün yoxlanılması;
Mal-material hərəkəti ilə bağlı sənədlərin düzgün rəsmiləşdirilməsinə və məlumatların sistemdə vaxtında əks olunmasına nəzarət edilməsi;
Açıq qaimələrin izlənilməsi, gecikmələrin müəyyən edilməsi və onların vaxtında yekunlaşdırılmasının təmin olunması;
Anbar qalıqlarına nəzarət edilməsi və dövri inventarizasiya prosesində iştirak;
Stok qalıqları və mal-material hərəkəti üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Təkrarlanan uyğunsuzluqların səbəblərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün rəhbərliyə təkliflərin verilməsi;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
6 günlük iş rejimi;
İş yeri: Xırdalan;
Əmək haqqı: 900 AZN;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Anbar Mühasibi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
