Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sahara Electronics MMC

Mağaza müdiri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İş şəraiti İş yeri: Bakı, ticarət mərkəzi Əməkhaqqı: 1 000–1 200 AZN + KPI bonusu İş qrafiki: 6 günlük iş həftəsi Biz kimik? Sahara Electronics MMC 2013-cü ildən elektronika və məişət texnikası sahəsində fəaliyyət göstərən, pərakəndə və topdan satış üzrə geniş şəbəkəyə malik şirkətdir. Şirkətin fəaliyyət sahələri pərakəndə satış, topdan satış, distribütorluq, korporativ əməkdaşlıq və satışdan sonrakı servis xidmətlərini əhatə edir. Bizim üçün nəticə təkcə satış deyil, həm də peşəkar komanda, yüksək müştəri məmnuniyyəti və davamlı inkişafdır. İnnovasiya, keyfiyyət və əməkdaşlığa verdiyimiz önəm sayəsində fəaliyyətimizi daim təkmilləşdirir, komandamıza qoşulan hər bir əməkdaşın ümumi uğura töhfəsini dəyərləndiririk. Sahara Electronics komandasına elektronika və məişət texnikası üzrə təcrübəli, idarəetmə bacarığı olan və nəticə yönümlü Mağaza müdiri tələb olunur. Vəzifə öhdəlikləri Mağazanın gündəlik iş prosesini və satış fəaliyyətini səmərəli şəkildə idarə etmək; Satış planlarını hazırlamaq, icrasına nəzarət etmək və nəticələri təhlil etmək; Satış komandasını idarə etmək, motivasiya etmək və fəaliyyətini qiymətləndirmək; Elektronika və məişət texnikası məhsullarının satış prosesini düzgün təşkil etmək; Məhsul çeşidinin, vitrinlərin və ekspozisiyaların təqdimatına nəzarət etmək; Stok qalığını, məhsul dövriyyəsini və inventarizasiyanı izləmək; Məhsul qəbuluna, yerdəyişməsinə və satışa hazırlanmasına nəzarət etmək; Müştəri məmnuniyyətini təmin etmək və mürəkkəb müraciətləri həll etmək; Satış göstəriciləri, KPI və mağaza fəaliyyəti üzrə hesabatlar hazırlamaq; Şirkətin daxili qayda və standartlarına əməl olunmasına nəzarət etmək. Namizədə dair tələblər Elektronika və məişət texnikası sahəsində minimum 3 il iş təcrübəsi; Pərakəndə satışda, xüsusilə elektronika mağazasının idarə edilməsində təcrübə; Mağaza müdiri və ya mağaza müdiri müavini kimi iş təcrübəsi üstünlükdür; Televizor, soyuducu, paltaryuyan, kondisioner, kiçik məişət texnikası və digər elektronika məhsulları barədə biliklər; Satış texnikaları, müştəri xidməti və satış psixologiyası üzrə biliklər; Komandanı idarəetmə, motivasiya və nəticə yönümlü qərarvermə bacarığı; Satış planları və KPI göstəriciləri ilə işləmək bacarığı; Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti; MS Office və satış/ERP proqramları ilə işləmə bacarığı. İş şəraiti və əməkhaqqı Əməkhaqqı: 1 000–1 200 AZN + KPI bonus; İş qrafiki: 6 günlük iş həftəsi; İş saatları: 09:00–18:00; Rəsmi əmək müqaviləsi. Sahara Electronics-də sizi nə gözləyir? Peşəkar və dinamik komanda; Karyera və peşəkar inkişaf imkanları; Nəticələrə əsaslanan əlavə bonus sistemi; Korporativ və inkişaf yönümlü iş mühiti. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mağaza müdiri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.