Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Mikro Kredit BOKT

Kredit işçisi

ŞirvanMənbə: Vezife.az

Vakansiya haqqında

“Azərbaycan Mikro-Kredit BOKT” ASC-nin Şirvan filialı Kredit İşçisi vəzifəsi üçün işçi axtarır. İş şəraiti İşəgötürən: “Azərbaycan Mikro-Kredit BOKT” ASC Şirvan filialı Bölgə: Şirvan İş qrafiki: I-VI günlər Tələblər Ali və ya orta ixtisas təhsili; Kredit təşkilatlarında kredit sahəsi üzrə azı 1 il iş təcrübəsi; Güclü ünsiyyət bacarığı; Analitik düşünmə qabiliyyəti; Riyazi biliklər; Problemli kreditlərin həlli istiqamətində təcrübə; İşdə dəqiqlik və detallara diqqət yetirmək bacarığı; Kompüter bilikləri; Lombard krediti təcrübəsi olan namizədlərə üstünlük verilir. İşin təsviri Potensial müştərilərin cəlb edilməsi; Potensial müştərilərin düzgünlüyünün, məsuliyyətinin, ödəmə qabiliyyətinin və əldə edilən məlumatların araşdırılması, təhlili və qiymətləndirilməsi; Kredit verilməsi üçün sənədlərin hazırlanması və rəsmiləşdirilməsi; Kredit portfelinə nəzarət və idarəetmə; Verilmiş kreditlər üzrə xidmətlərin göstərilməsi və monitorinqin aparılması. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron ünvana göndərərkən mövzu hissəsində “Kredit İşçisi (Şirvan)” qeyd etməlidirlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.