Vakansiya haqqında
“Azərbaycan Mikro-Kredit BOKT” ASC Çağrı Mərkəzinin Operatoru vəzifəsi üzrə işçi qəbulunu elan edir.
İş şəraiti
İşəgötürən: “Azərbaycan Mikro-Kredit BOKT” ASC
Region: Bakı
İş günləri: Bazar ertəsi – Şənbə
Tələblər
Ali təhsil;
Uyğun vəzifədə ən azı 6 ay iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq bacarığı;
Rus dili biliyi;
Microsoft Office proqramlarından istifadə bacarığı;
Səlis nitq qabiliyyəti;
Dinləmə və fikirləri dəqiq ifadə etmək bacarığı;
Məsuliyyətli, təmkinli və komanda ilə işləmək bacarığı.
İşin təsviri
Daxil olan zəngləri qəbul etmək və yüksək keyfiyyətlə cavablandırmaq;
Telefon zəngləri vasitəsilə yeni müraciətlər və aktiv müştərilərlə əlaqə qurmaq, məhsullar, kampaniyalar və digər xidmətlər barədə məlumat vermək;
Müştərilərlə əks əlaqə yaratmaq, müştəri məmnuniyyətini müəyyənləşdirmək və müvafiq hesabatlar hazırlamaq;
Gündəlik iş fəaliyyəti ilə bağlı hesabatları təqdim etmək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron ünvana göndərə bilərlər. Məktubun Subject/Mövzu hissəsində “Çağrı Mərkəzinin Operatoru” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
