Vakansiya haqqında
Çinarlı Park MTK şirkətində Anbardar - 1C operator vəzifəsi üzrə əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri
Anbara daxil olan və anbardan çıxan materialların qəbulunu və təhvil verilməsini həyata keçirmək;
Tikinti materiallarının düzgün yerləşdirilməsini və saxlanılmasını təmin etmək;
Anbar üzrə mal-material uçotunu aparmaq;
Daxilolma və çıxış sənədlərini hazırlamaq və qeydiyyatını aparmaq;
Anbarda mövcud materialların qalıqlarına nəzarət etmək;
Müntəzəm inventarizasiya prosesində iştirak etmək;
Materialların itkisinin və zədələnməsinin qarşısını almaq;
Rəhbərliyə anbarın vəziyyəti və material qalıqları barədə məlumat vermək.
Namizədə tələblər
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Tikinti materialları və anbar uçotu haqqında biliklər;
1C, MS Excel və MS Office proqramlarından istifadə bacarığı;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komanda daxilində işləmək bacarığı;
Sənədləşmə və hesabat hazırlamaq bacarığı.
İş şəraiti
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
Əmək münasibətləri rəsmi əmək müqaviləsi ilə rəsmiləşdirilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
