Vakansiya haqqında
Şöbə: Təhlükəsizlik
Əsas öhdəliklər:
Binanın, qonaqların və işçilərin təhlükəsizliyini təmin etmək, həmçinin rəhbərlik tərəfindən müəyyən edilmiş təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə nəzarət etmək.
Kameralara və ərazidə quraşdırılmış bütün siqnalizasiya sistemlərinə nəzarət etmək.
Fövqəladə vəziyyətlərdə tələb olunan bütün tədbirləri vaxtında görmək.
Qonaqların, ziyarətçilərin və işçilərin binaya giriş və çıxışına nəzarət etmək.
Müəyyən edilmiş sahələrdə təhlükəsizlik yoxlamaları aparmaq.
Bütün qayda pozuntuları barədə rəhbərliyə məlumat vermək.
Namizədə dair əsas tələblər:
Təhlükəsizlik şöbəsində əvvəlki iş təcrübəsinin olması üstünlükdür.
Güclü ünsiyyət bacarıqları və müştəri xidməti üzrə səriştə.
Azərbaycan dili biliyi əla olmalıdır, rus və ingilis dillərini orta səviyyədə bilmək arzu edilir.
Yüksək məsuliyyət hissi və etibarlılıq.
Yaş aralığı 24-38, boy 175 sm-dən yuxarı.
Yuxarıda göstərilən meyarlara uyğun namizədlər öz CV-lərini e-mail-in mövzu hissəsində “Təhlükəsizlik işçisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməlidirlər. Mövzu hissəsi yazılmayan müraciətlərə baxılmayacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
