Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzerGold CJSC

Növbə nəzarətçisi

DaşkəsənMənbə: Vezife.az

Vakansiya haqqında

İş yeri: Daşkəsən rayonu, CİL zavodu İş növü: Tam ştat İş qrafiki: Növbəli iş qrafiki Əsas vəzifə öhdəlikləri İstehsalatın ən yüksək performansla işləməsini təmin etmək; Əməliyyatdakı çatışmazlıqları və tələbləri təhlil edərək iş prosesinə istiqamət vermək; İstehsalatda yarana biləcək potensial riskləri əvvəlcədən müəyyənləşdirmək və bununla bağlı CİL zavodunun müdirinə məlumat vermək; Yanğın, zəhərlənmə, qəza və digər təcili hallarda operatorları yönləndirmək və təxliyə planına rəhbərlik etmək; Tabeliyində olan operatorların fəaliyyətini mütəmadi qiymətləndirmək və qeydlər aparmaq; Operatorların işə marağını artırmaq, komanda daxilində əməkdaşlığı gücləndirmək və iş mühitini müsbət saxlamaq; İstehsalat proseslərində yaranan problemlər üçün innovativ həllərin tətbiqi imkanlarını izləmək və təkliflər vermək; Proses dəyişikliklərinə uyğun əməliyyat planı hazırlamaq; Operatorlardan istehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə məlumat toplamaq və müvafiq tədbirlərin görülməsi ilə bağlı qərar vermək; İstehsalat üçün lazım olan kimyəvi maddələrin miqdarlarını optimallaşdırmaq, onlara nəzarət etmək və lazımi hesabatları hazırlamaq, həmçinin zavodda istifadə olunan bütün kimyəvi maddələrin miqdarı və ehtiyatını izləmək; Karbon sıyırma və dəyirman dayanma planlamalarına əməl etmək; Öz sahəsində səmərəliliyi artırmaq və ya əməliyyatı təkmilləşdirmək üçün layihələr və layihələrin texniki-iqtisadi əsaslandırmalarını hazırlamaq; Bütün mexaniki və elektrik problemlərini izləmək və bu barədə aidiyyəti struktur bölməyə məlumat vermək; Mövcud prosedur və təlimatlara uyğun olaraq növbə ərzində zavodda aparılan prosesləri səmərəli şəkildə idarə etmək; Texnoloji avadanlıqların iş prinsiplərini başa düşmək və zərurət yarandıqda operatorları məlumatlandırmaq; İdarəetmə otağının və bütün FMV (Fərdi Mühafizə Vasitələri) materiallarının çatışmazlıqlarına nəzarət etmək və təmin etmək; İstehsalatın düzgün təşkilini və növbəliliyi təmin etmək; Texniki və saf su çənlərinin səviyyəsinə nəzarət etməklə yanaşı, istehsalat və fövqəladə hallar üçün hər zaman kifayət qədər suyun təmin olunmasına nəzarət etmək; İşçilərin inkişaf proqramlarını hazırlamaq və aidiyyəti sahə üzrə, o cümlədən aparılan proseslər və iş öncəsi SƏTƏM normaları üzrə təlimlər keçmək; Operatorların nahar və şam yeməyi vaxtlarını istehsalat tələblərinə uyğun təşkil etmək; Operatorların və özünün ehtiyaclarına uyğun FMV (Fərdi mühafizə vasitələri) və avadanlıqlarla təmin edilməsi üçün aidiyyəti struktur bölməyə müraciət etmək; Tabeliyində olan operatorların bütün vəzifə öhdəliklərini yerinə yetirməsinə nəzarət etmək. Tələb olunan bilik və bacarıqlar Azərbaycan dili səlis olmalıdır, İngilis dili və Rus dili arzuolunandır. Tələb olunan təhsil Ali təhsil (Metallurgiya, Kimya mühəndisliyi, Kimya). Tələb olunan iş təcrübəsi Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi. Əmək haqqı və əlavə imtiyazlar Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə, eləcə də konfranslarda iştirak etmək imkanı yaradılır. Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. Nəqliyyat xidməti təmin olunur. Rəqabətli mükafatlandırma sistemi tətbiq edilir. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.