Vakansiya haqqında
Ünvan: Starlife Residence (8 Noyabr metrosunun yaxınlığı)
Öhdəliklər
Müştərilərin gecikmiş ödənişləri barədə məlumat vermək və ödənişin həyata keçirilməsini izləmək;
Müştərilərlə mütəmadi əlaqə saxlamaq;
Ödəniş məlumatları ilə bağlı qeydləri düzgün və vaxtında sistemə daxil etmək;
Müştəri bazasında aparılan dəyişikliklər üzrə qeydləri gündəlik izləmək;
Həftəlik və aylıq hesabatlar hazırlayıb təqdim etmək;
Şirkət standartlarına uyğun, yüksək səviyyədə xidmət göstərmək.
Tələblər
Ali və ya orta ixtisas təhsili;
Yaxşı ünsiyyət və dinləmə bacarığı;
Azərbaycan dili səlis olmalıdır, rus dili biliyi üstünlükdür;
Müştərilərlə düzgün münasibət qurmaq bacarığı;
İşdə məsuliyyət və dəqiqlik.
İş qrafiki
5 iş günü;
Saat: 09:00 – 18:00.
Təklif edirik
Rəsmi əmək müqaviləsi;
Rahat və müasir iş mühiti.
CV-nizi mövzu hissəsində “Müştərilərlə Əlaqələr üzrə Operator” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
