Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Metdizayn

Layihəçi mühəndis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Metdizayn MMC Bakı ofisində zəif axım sistemlərinin layihələndirilməsi üzrə Layihəçi mühəndis axtarır. Vəzifə öhdəlikləri Müxtəlif təyinatlı bina və qurğular üçün zəif axım sistemlərinin, o cümlədən yanğın siqnalizasiya, videomüşahidə, telekommunikasiya, fövqəladə hallar zamanı səsləndirmə və musiqi, kartlı keçid, turniket və digər mühafizə sistemləri, həmçinin zəhərli və kimyəvi qazların, mayelərin monitorinq sistemlərinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) tələblərinə, qüvvədə olan normativ standartlara (AzDTN, EQQQ, Snip və s.), eləcə də avropa və beynəlxalq standartlara (EN, BS, NFPA, TIA, IEC və s.) uyğun layihələndirilməsi Layihələrin təqvim üzrə planlaşdırılmasını həyata keçirmək Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırılması prosesində iştirak etmək Layihə sənədlərini azərbaycan, ingilis və zərurət olduqda rus dilində hazırlamaq Namizədə tələblər Elektrik, MEP, tikinti və ya əlaqəli texniki ixtisas üzrə təhsil AutoCAD və Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı Revit proqramında işləmək bacarığı B1/B2 səviyyəsində ingilis dili biliyi Komanda ilə koordinasiyalı işləmək və tapşırıqları müəyyən edilmiş müddətdə yerinə yetirmək bacarığı Üstünlük hesab olunur Zəif axım sistemləri üzrə dizayn və hesabat proqramlarında işləmək Böyükmiqyaslı yaşayış, kommersiya və ya sənaye layihələrində təcrübə Navisworks proqramı ilə işləmə təcrübəsi Rus dili və digər dil bilikləri Ümumi məlumat İş yeri: Bakı şəhəri İş rejimi: 5 gün, 09:00 – 18:00 Nahar fasiləsi: 13:00 – 14:00 Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən aparılır Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.