Vakansiya haqqında
Şirkətimiz Bakıda məlumatlara əsaslanan qərarverməni gücləndirəcək, strateji düşünən və nəticəyə fokuslanan Marketinq Analitiki axtarır.
Əsas vəzifələr
Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi şəkildə təhlil edilməsi;
Marketinq kampaniyalarının effektivliyinin ölçülməsi və optimallaşdırılmasına dair təkliflərin hazırlanması;
Satış və marketinq göstəricilərinin təhlili, analitik hesabatların tərtib olunması;
Yeni bazar imkanlarının müəyyənləşdirilməsi və inkişaf strategiyalarının hazırlanması;
Məlumatların təhlili əsasında innovativ marketinq həllərinin və yeni ideyaların irəli sürülməsi;
Marketinq və satış komandaları ilə sıx əməkdaşlıq edərək biznes nəticələrinin yaxşılaşdırılmasına dəstək göstərilməsi;
Bazar araşdırmaları və monitorinqlər üçün əraziyə çıxış etmək.
Namizədə tələblər
Marketinq, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
Marketinq analitikası və ya oxşar sahədə minimum 3-5 il iş təcrübəsi;
MS Excel proqramından yüksək səviyyədə istifadə bacarığı;
1C proqramında işləmək bacarığı;
Power BI, Google Analytics 4 (GA4), Looker Studio və ya digər analitik platformalar üzrə bilik üstünlükdür;
Güclü analitik və strateji düşünmə bacarığı;
Kreativ düşüncə tərzi, təşəbbüskarlıq və yeni ideyalar formalaşdırmaq bacarığı;
Riskləri düzgün qiymətləndirərək çevik qərarlar qəbul etmək bacarığı;
Yüksək məsuliyyət, operativlik və nəticəyönümlü yanaşma.
Təklif edirik
Rəqabətqabiliyyətli əməkhaqqı;
Peşəkar inkişaf və karyera imkanları;
Dinamik, innovativ və inkişafyönümlü iş mühiti.
İş şəraiti
İş saatı: 09:00-18:00
İş qrafiki: 5 gün
Əmək haqqı qarşılıqlı razılaşma əsasında.
Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
