Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

BOA Agency

Problemli aktivlərin idarə edilməsi üzrə rəhbər

GəncəMənbə: Vezife.az

Vakansiya haqqında

Özünə və peşəkar bacarıqlarına güvənən, daimi fərdi inkişafı hədəfləyən və ən əsası “Boa Agency” komandasının bir hissəsi olmaq istəyən namizədlər müraciət edə bilərlər. Vəzifə öhdəlikləri Kredit portfelinin idarə edilməsi; Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə nəzarət edilməsi; Şöbə əməkdaşlarının işinə nəzarət olunması; Rəhbərlik tərəfindən müəyyən edilmiş yığım hədəflərinin yerinə yetirilməsinə nəzarət edilməsi; Şöbə üzrə müəyyən olunmuş fəaliyyət göstəricilərinin icra edilməsi; Şöbə əməkdaşlarının seçilməsi, işə götürülməsi, yerləşdirilməsi və işdən azad olunması prosesinin həyata keçirilməsi; Öz fəaliyyəti ilə bağlı rəhbərliyə gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabatların təqdim olunması. Vakant vəzifə üzrə tələblər Ali təhsil; Bank və ya BOKT sektorunda idarəetmə üzrə ən azı 2 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi; Call center sahəsində iş təcrübəsi; Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı; Analitik düşüncə qabiliyyəti; İdarəetmə və liderlik bacarığı; Ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı; Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq; Azərbaycan dilində səlis danışıq bacarığı, rus və ingilis dilləri arzuolunandır. İş şəraiti İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); İstirahət günləri: şənbə və bazar; Nahar fasiləsi: 13:00 – 14:00. Sizə nə təklif edirik? Azərbaycan Respublikası ƏM tələblərinə uyğun rəsmiləşdirmə; Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı; Müvafiq sahədə təcrübənizi komandamızda daha da zənginləşdirmək imkanı; Korporativ nömrə ilə təmin edilmə; Karyera və inkişaf perspektivləri. Müraciət Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı mütləq göstərilməlidir. Ünvan: Gəncə, Nizami ray. Əttarlar küç, 137

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.