Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu

Baş plan üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Layihələndirmə və tikinti layihələri çərçivəsində baş planların hazırlanmasında iştirak etmək. Ərazinin mövcud vəziyyətini, relyefini, torpaq sahələrinin xüsusiyyətlərini və yerləşmə imkanlarını təhlil etmək. Baş planla bağlı ilkin məlumatları toplamaq, sistemləşdirmək və analiz etmək. Bina, qurğu, yol, piyada keçidi və digər infrastruktur obyektlərinin yerləşdirilməsi üzrə təkliflər hazırlamaq. Ərazi üzrə funksional zonalaşdırma və planlaşdırma həllərinin işlənməsində iştirak etmək. Topoqrafik planlar, geodeziya materialları və digər texniki sənədlərlə işləmək. AutoCAD və digər layihələndirmə proqramlarından istifadə etməklə çertyoj və planlar hazırlamaq. Baş plan üzrə layihə sənədlərinə uyğun düzəlişlər və dəyişikliklər etmək. Mühəndis-kommunikasiya xətləri, yollar və digər infrastruktur elementlərinin yerləşdirilməsi üzrə aidiyyəti mütəxəssislərlə əməkdaşlıq etmək. Layihə sənədlərinin qüvvədə olan şəhərsalma və tikinti norma və qaydalarına uyğunluğunun yoxlanılmasında iştirak etmək. Layihə üzrə texniki sənədlərin hazırlanmasını və arxivləşdirilməsini təmin etmək. Layihə rəhbəri və baş memar tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Layihələrin icrası zamanı yaranan texniki məsələlərin həllində iştirak etmək. Görülmüş işlər barədə müvafiq hesabat və məlumatları hazırlamaq. Məsuliyyət Baş plan üzrə mütəxəssis ona həvalə edilmiş tapşırıqların vaxtında və keyfiyyətlə icrasına görə məsuliyyət daşıyır. Hazırladığı çertyoj və layihə materiallarının düzgünlüyünə görə məsuliyyət daşıyır. Texniki məlumatların düzgün işlənməsinə görə məsuliyyət daşıyır. Layihə sənədlərində aşkar edilən uyğunsuzluqların vaxtında bildirilməsinə görə məsuliyyət daşıyır. Sənədlərin düzgün saxlanılması və məxfiliyinin qorunmasına görə məsuliyyət daşıyır. Əmək intizamına və müəssisədaxili qaydalara riayət edilməsinə görə məsuliyyət daşıyır. Təhsil və ixtisas tələbləri Memarlıq, şəhərsalma, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali təhsil. Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi. Baş planların hazırlanması və ərazi planlaşdırılması üzrə biliklər. AutoCAD proqramı üzrə yaxşı səviyyədə bilik. Civil 3D, Revit, ArchiCAD və digər layihələndirmə proqramları üzrə biliklər üstünlükdür. Ümumi məlumat İş yeri: Bakı. İş rejimi: 5 günlük iş həftəsi, 09:00 – 18:00. Nahar fasiləsi: 13:00 – 14:00. Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək. İşə qəbul: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.