Vakansiya haqqında
GreenPlast MMC üçün Bakı üzrə mühafizəçi vakansiyası açıqdır.
Tələblər
İş təcrübəsi: 1 ildən 3 ilə qədər, mütləq göstərilən vəzifədə
Yaş həddi: 30-60
Cins: kişi
Xarici görünüşü səliqəli, işində isə intizamlı olmalıdır
Vəzifə öhdəlikləri
Zavoda daxil olan və müəssisədən çıxan malların qeydiyyatını aparmaq, inventar və açarların təhvil-təslimini jurnalda qeyd etmək, həmçinin işçilərdən kənar şəxslər gəldikdə müvafiq qeydləri aparmaq
Zavodda işçilərin təyin olunmuş vaxtdan giriş-çıxış saatlarının düzgün qeyd edilməsinə nəzarət etmək
Mühafizə vəzifəsini yerinə yetirərkən ayıq-sayıq olmaq və fasilələrə yol verməmək
Qorunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair sənədləri tələb etmək, yoxlamaq və təsdiqləmək
Müəssisəyə məxsus əmtəə-maddi dəyərlərin oğurlanması barədə məlumat olduqda dərhal mühafizə rəisinə bildirmək və müəssisə rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına məlumat vermək
İş şəraiti
Maaş: 600 manat
Nahar və axşam yeməyi şirkət tərəfindən təmin olunur
Qanunvericiliyə uyğun əmək müqaviləsi bağlanır
İş yeri: Bakı
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
