Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Təkər Store

Canlı yayım və müştəri əlaqələri üzrə əməkdaş

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İş yeri: TəkərStore mağazası TəkərStore komandası üçün yeni əməkdaş axtarılır. Mağazada iş saatları ərzində canlı yayımlar aparacaq, izləyicilərə təkərlər barədə məlumat verəcək və maraqlanan müştərilərin əlaqə nömrələrini toplayacaq əməkdaş tələb olunur. İş öhdəlikləri TikTok platformasında canlı yayımlar açmaq; Canlı yayım zamanı təkər markaları, modelləri, ölçüləri və xüsusiyyətləri haqqında məlumat vermək; İzləyicilərin suallarını cavablandırmaq; Maraqlanan müştərilərin əlaqə nömrələrini toplamaq və qeydiyyata almaq; Toplanmış müştəri nömrələrini növbəti gün satış menecerlərinə təqdim etmək. Namizədə tələblər Ünsiyyətcil olmalı və danışıq qabiliyyəti yüksək olmalıdır; Azərbaycan dilində səlis danışmalıdır; Kamera qarşısında rahat olmalıdır; Səlis və aydın nitqə malik olmalıdır; Məsuliyyətli, aktiv və öyrənməyə həvəsli olmalıdır; Satış və canlı yayım sahəsində təcrübə üstünlükdür, lakin vacib deyil. İş şəraiti İş qrafiki: həftədə 3 gün, 19:00 – 00:00; Əməkhaqqı: 500 AZN + bonus; Ünvan: Olimpik Star yaxınlığı. İşə başlamazdan əvvəl namizədə təkərlər və məhsullar barədə ilkin təlim keçiriləcək. Lazımi məlumatlar öyrədildikdən sonra işə başlanacaq. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.