Vakansiya haqqında
Baku Holiday Travel komandası nəticələri ilə fərqlənən Tur üzrə Satış Meneceri axtarır.
Siz satışla nəticə göstərirsiniz, biz isə hazır müştəri sorğuları, tam marketinq dəstəyi və nəticəyə əsaslanan komissiya təqdim edirik.
Sizi nə gözləyir
Hazır lead axını: daxil olan sorğuları satışa çevirmək
Tam marketinq və call center dəstəyi: müştəri cəlbi şirkət tərəfindən təmin olunur
Dünya üzrə destinasiya portfeli: satış imkanları coğrafiya ilə məhdudlaşmır
Sabit əmək haqqı 1600 AZN və satışdan komissiya: gəliriniz nəticənizə bağlıdır
Beynəlxalq turizm sahəsində real karyera inkişafı
Vəzifə öhdəlikləri
Daxil olan sorğulara operativ cavab vermək, müştərinin ehtiyacını düzgün müəyyən edib uyğun tur paketini təklif etmək
Fərdi və qrup turlarını hazırlamaq, satış prosesini tamamlamaq
Aylıq satış hədəflərini yerinə yetirmək
Otel, aviabilet, transfer və sığorta rezervasiyalarını həyata keçirmək
Müştərilərə səyahət qaydaları və tur proqramları barədə məlumat vermək
Partnyor otellər, tur operatorları və aviaşirkətlərlə koordinasiyalı işləmək
Tur zamanı yaranan məsələləri operativ şəkildə həll etmək
Satışları 1C proqramında qeyd etmək, həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək
Namizədə tələblər
Ali təhsil, turizm və ya menecment ixtisasına üstünlük verilir
Turizm satışında minimum 3 il təcrübə və konkret satış nəticələri
Şəxsi satış portfeli və ya korporativ müştəri bazası
Tur operatorlarının B2B rezervasiya sistemləri və otel bron platformaları ilə iş təcrübəsi
Populyar turizm istiqamətləri üzrə geniş bilik
Azərbaycan dilində sərbəst yazı və danışıq; rus və ingilis dillərində minimum B2 səviyyə
Aylıq satış hədəfləri ilə işləmək və nəticələr üzrə hesabat vermək təcrübəsi
Üstünlükdür
Minimum 5 fam trip, workshop, travel expo və beynəlxalq turizm tədbirində iştirak təcrübəsi
Geniş coğrafiyanı əhatə edən şəxsi səyahət təcrübəsi
Amadeus, Galileo kimi GDS sistemləri ilə tanışlıq
İş şəraiti
Növbəli qrafik: bir həftə 5 günlük, növbəti həftə 6 günlük iş rejimi
İş saatları: 09:00–18:00 və ya 10:00–19:00
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tur üzrə Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
