Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Step by Step International Hub

Təhsil üzrə koordinator

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

2016-cı ildən fəaliyyət göstərən Step by Step International Hub, Oxford International Digital Institute-un Azərbaycandakı rəsmi tərəfdaşı kimi tələbələri beynəlxalq təhsil imkanları ilə bir araya gətirir. 10 illik təcrübəmizə əsaslanaraq komandamızı genişləndiririk və xaricdə təhsil sahəsində bizimlə birlikdə inkişaf etmək istəyən peşəkar mütəxəssisi komandamıza dəvət edirik. Vəzifə öhdəlikləri Xaricdə təhsil almaq istəyən tələbələrə və valideynlərə ölkə, universitet və təhsil proqramları üzrə konsultasiya vermək; Tələbənin məqsədi və akademik göstəricilərinə uyğun universitet və proqram seçimində dəstək göstərmək; Xarici universitetlər və təhsil müəssisələri barədə araşdırmalar aparmaq, yeni tərəfdaşlıqlar qurmaq; Universitetlərə qəbul, qeydiyyat və müraciət proseslərini koordinasiya etmək; CV, motivasiya məktubu və digər müraciət sənədlərinin hazırlanmasında tələbələrə istiqamət vermək; Təqaüd imkanları, qəbul şərtləri və müraciət tarixləri barədə məlumatlandırmaq; Tələbələrlə mütəmadi əlaqə saxlamaq və müraciət prosesinin bütün mərhələlərini izləmək. Tələblər Ali təhsil, bakalavr dərəcəsi mütləqdir; Xaricdə təhsil sahəsində minimum 1 il iş təcrübəsi; İngilis dili biliyi minimum B2 səviyyəsində; Rus dili biliyi üstünlükdür; Güclü ünsiyyət, təqdimat və konsultasiya bacarıqları; Analitik düşüncə və araşdırma aparmaq qabiliyyəti; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı; Satış və müştəri münasibətlərinin idarə olunması bacarıqları üstünlükdür. İş şərtləri Tam-ştat iş rejimi; Əmək haqqı müsahibə əsasında müəyyən edilir; Peşəkar inkişaf və təlim imkanları. CV-nizi mövzu hissəsində “Xaricdə Təhsil üzrə Koordinator” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. 10 illik təcrübəmizə qoşulun, beynəlxalq təhsilin gələcəyini bizimlə qurun!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.