Vakansiya haqqında
Nə təklif edirik?
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Pasha Sığorta ilə əməkdaşlıq çərçivəsində sizin və birinci dərəcəli ailə üzvlərinizin sığortalanması;
Peşəkar komanda ilə işləmək imkanı;
İşçinin inkişafı üçün təlim və tədris proqramları.
İşin təsnifatı
HVAC, MEP, liftlər, yanğın və təhlükəsizlik sistemləri, BMS daxil olmaqla bütün texniki sistemlər üzrə planlı, qabaqlayıcı və operativ texniki xidmət proqramlarını hazırlamaq və həyata keçirmək;
Texniki mühəndislər, nəzarətçilər və texniki işçilərdən ibarət komandaya rəhbərlik etmək, onların fəaliyyətinə nəzarət etmək;
İllik texniki xidmət büdcəsini hazırlamaq, xərclərə nəzarət etmək, proqnozlaşdırma və təhlil aparmaq;
Büdcəyə riayət olunmasını təmin etmək və xərclərin optimallaşdırılması üçün texniki xidmət xərclərini izləmək;
Yerli qanunvericiliyə, texniki normativlərə və daxili təhlükəsizlik standartlarına uyğunluğu təmin etmək;
KPI göstəricilərini, o cümlədən sistemlərin işləkliyi, enerji sərfiyyatı və texniki xidmətə cavab müddətini izləmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
Podratçılar və xidmət təminatçıları ilə işin təşkili, müqavilələrin idarə olunması və xidmət səviyyəsinə (SLA) nəzarət etmək;
Obyekt idarəçiləri və layihə komandaları ilə əməkdaşlıq edərək texniki xidmət işlərini əlaqələndirmək;
Kapital xərcləri planlaşdırmaq, aktivlərin istismar müddətini izləmək və texniki yenidənqurma layihələrinə dəstək vermək;
Texniki sənədlərin, sertifikatların və hesabatların düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Tələblər
Mexanika, Elektrik və ya Müəssisə Mühəndisliyi (Facility Management) sahəsində bakalavr dərəcəsi, magistr və ya MBA üstünlükdür;
Texniki xidmət və ya müəssisə idarəçiliyi sahəsində minimum 10 il ümumi iş təcrübəsi, bunun azı 5 ili rəhbər vəzifədə olmalıdır;
Genişmiqyaslı OPEX və CAPEX büdcələrinin hazırlanması və idarə olunması üzrə təcrübə;
MEP, HVAC, yanğın və təhlükəsizlik, enerji idarəçiliyi və BMS sistemləri üzrə dərin texniki biliklər;
CMMS proqramları ilə iş təcrübəsi;
Güclü liderlik, analitik düşünmə və ünsiyyət bacarığı;
Yerli texniki normativlər, təhlükəsizlik qaydaları və dayanıqlı idarəetmə prinsipləri üzrə biliklər;
CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür.
İş şəraiti
İş rejimi: 5 günlük;
İş yeri: Naftalan.
CV-lərinizi “Texniki işlər üzrə supervayzer” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
