Vakansiya haqqında
Swissdent klinikası inkişaf edən komandamıza qoşulmaq istəyən, məsuliyyətli, insanpərvər və yüksək motivasiyalı mütəxəssisləri Bakı və Sumqayıt üzrə açıq vakansiyaya müraciət etməyə dəvət edir.
İş barədə məlumat
Müraciət edən pasiyentlərin qəbul edilərək müayinə olunması
Müalicə planının tərtib edilməsi
Protokola uyğun şəkildə cərrahi prosedurların icrası
Müayinə və müalicə nəticələrinin müvafiq ERP sistemə daxil edilməsi
Klinika tərəfindən təmin edilir
Lazımi bütün material və avadanlıq
Koordinator xidməti
Tibb bacısı xidməti
Davamlı genişlənən pasiyent bazası
Rəqabətə davamlı sabit əməkhaqqı və əlavə % (müsahibə zamanı bildirilir)
Rəsmi və stabil iş yeri
Korporativ iş mühiti və peşəkar kollektivdə fəaliyyət imkanı
Namizədə tələblər
Müvafiq sahə üzrə ali təhsil
“Üz çənə cərrahiyyəsi” ixtisası üzrə fəaliyyət göstərməyə dair Az.Res. Səhiyyə Nazirliyinin Şəhadətnaməsi mütləqdir
İxtisas üzrə əlavə sertifikatların olması üstünlük hesab olunur
Cərrah kimi minimum 3 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərinin bilməsi arzuolunandır
Peşəkar etika və peşəkar ünsiyyət psixologiyası üzrə bilik
Komandada yüksək səviyyədə işləmək bacarığı və müştəri yönümlülük
İnsanpərvərlik, punktuallıq və məsuliyyətlilik
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Cərrah” yazmaqla “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Diplomu təsdiqlənməmiş (xaricdə təhsil alan namizədlər üçün), müvafiq sertifikasiya proqramından keçməmiş və ya sertifikatının etibarlılıq müddəti bitmiş şəxslərdən müraciət etməmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
