Vakansiya haqqında
Nə təklif edirik?
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək imkanı;
İşçinin inkişafına yönəlmiş təlim və tədris proqramları.
İşin təsnifatı
Təhkim olunduğu bina və villaların idarə edilməsini həyata keçirmək;
Binaların idarə edilməsi və xidmət işinin təşkili ilə bağlı tabeçiliyində olan texniki, bağban və təmizlik işçilərinə tapşırıqlar vermək və icrasına nəzarət etmək;
Binalarda gedən proseslər və müxtəlif idarələrdən binalara göndərilən nümayəndələr barədə rəhbərliyi vaxtında və düzgün məlumatlandırmaq;
Bina ərazisində texniki xidmətə aid sənədləri tələb olunan qaydada hazırlamaq;
1C proqramı vasitəsilə tələb olunan mal-material və servislər üzrə sifarişləri vermək və icrasına nəzarət etmək;
Hər ayın sonunda ay ərzində görülən işlər üzrə hesabat hazırlamaq;
Binalarda istifadə olunan su, qaz və elektrik sərfiyyatına nəzarət etmək;
Tabeçiliyində olan heyətin davamiyyəti və nizam-intizamına daim nəzarət etmək.
Tələblər
İdarəetmə sahəsi üzrə ali təhsil və biliklər;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Komanda ilə işləmək bacarığı;
Microsoft Word və Excel proqramlarını bilməli;
Yüksək təşkilatçılıq bacarıqları.
İş şəraiti
İş rejimi: 5 günlük;
İş yeri: Naxçıvan MR;
İşçi telefon danışığı ilə təmin edilir.
CV-lərinizi “Koordinator” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
