Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azservis MMC

Əmək haqqı hesablanması üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İş şəraiti İş yeri: “Azservis” MMC İş yeri ünvanı: Bakı şəhəri, 24 Bakıxanov Küçəsi, Bridge plaza İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00 Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq Əsas vəzifə və öhdəliklər İşçilərin aylıq əməkhaqqının dəqiq və vaxtında hesablanması Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanması və həyata keçirilməsi Əməkhaqqından tutulmaların, vergi öhdəliklərinin hesablanması və ödənilməsi İş vaxtının uçotunun aparılması və tabel məlumatlarının yoxlanılması Əməkhaqqı ilə bağlı hesabatların hazırlanması Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi və sosial sığorta qanunvericiliyinə əməl olunması Müvafiq dövlət qurumlarına təqdim edilən hesabat və məlumatların hazırlanmasında iştirak Əməkhaqqı ilə bağlı əməkdaşların sorğularının cavablandırılması Vergi, DSMF və məşğulluq orqanları üçün hesabatların hazırlanması ƏMAS (Elektron Modul və İş Orqanları Sistemi) və e-taxes kimi dövlət elektron xidmətlərindən istifadə Namizədə tələblər Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə) Əməkhaqqı hesablanması istiqamətində minimum 3 il iş təcrübəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə yaxşı biliklər Əməkhaqqı, vergi və sosial sığorta hesablamaları üzrə praktiki təcrübə Vergi və digər məcburi hesabatların müstəqil hazırlanması və elektron qaydada təqdim edilməsi bacarığı 1C mühasibatlıq proqramında sərbəst işləmək bacarığı MS Excel proqramı üzrə yaxşı biliklər Məxfi məlumatlarla işləmək və iş prosesində konfidensiallığı qorumaq bacarığı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.