Vakansiya haqqında
DevHub Academy tərəfindən həyata keçirilən “Gələcəyin nəbzi səninlə döyünür!” təqaüd proqramına qeydiyyat açılıb. Bakı üzrə iştirakçılar 10 ixtisasda 100%, 80%, 60% və 40% təqaüdlə təhsil ala biləcəklər.
Təqaüd bölgüsü
Ümumilikdə proqram 200 nəfəri əhatə edir.
100% təqaüd: 5 nəfər
80% təqaüd: 5 nəfər
60% təqaüd: 90 nəfər
40% təqaüd: 100 nəfər
Təqaüd qazana biləcəyin ixtisaslar
Full Stack QA Engineering (5 ay, həftədə 4 dəfə)
Fullstack Python Backend Development (6 ay, həftədə 3 dəfə)
Fullstack C# Backend Development (6 ay, həftədə 3 dəfə)
IT Biznes Analitikası (4 ay, həftədə 3 dəfə)
Data Analitikası (4 ay, həftədə 3 dəfə)
Data Science (5 ay, həftədə 3 dəfə)
Kibertəhlükəsizlik (6 ay, həftədə 3 dəfə)
Ofis Proqramları (3 ay, həftədə 3 dəfə)
Mühasibatlıq (3 ay, həftədə 3 dəfə)
AI Engineering (Agent Systems) (5 ay, həftədə 3 dəfə)
Təhsildən sonra nə əldə edəcəksən?
Təhsil yalnız sertifikatla yekunlaşmır. Karyera dəstəyimizlə iş həyatına ilk addımlarını atmaq üçün sənə dəstək göstərilir.
CV və LinkedIn profilinin peşəkar hazırlanması
Müsahibələrə hazırlıq və real müsahibə simulyasiyaları
Portfolionun real layihələrlə gücləndirilməsi
İş axtarışı prosesində fərdi yönləndirmə və məsləhət
Necə müraciət etməli?
Maraqlanan namizədlər “Müraciət et” düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Yerlərin sayı məhduddur, şansını qaçırma!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
