Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Rəhbərlikdən verilən tapşırıq və göstərişləri vaxtında, dəqiq şəkildə yerinə yetirmək;
Şirkətə məxsus avtomobilləri təhlükəsiz və məsuliyyətli şəkildə idarə etmək;
Təyin olunmuş marşrutlar üzrə Bakı daxilində və Bakı xaricində gediş-gəlişləri, həmçinin sənəd və yük daşımalarını həyata keçirmək;
Avtomobilin texniki vəziyyətinə və daxili, xarici təmizliyinə nəzarət etmək, texniki baxış müddətlərini izləmək;
Yol hərəkəti qaydalarına ciddi riayət etmək.
Tələblər:
Sürücülük vəsiqəsi, B kateqoriyası mütləqdir;
Minimum 3-5 il sürücülük təcrübəsi, şirkət və ya rəhbər sürücüsü kimi təcrübə üstünlükdür;
Yol hərəkəti qaydalarını mükəmməl bilmək və intizamlı sürücülük vərdişlərinə sahib olmaq;
Bakı şəhərini və küçələrini yaxşı tanımaq;
Məsuliyyətli, punktual, səliqəli olmaq və etik davranış qaydalarına əməl etmək;
İş şəraiti:
İş yeri: Baş ofis, Onvolt MMC, Ceyhun Hacıbəyli 194;
İş qrafiki: 5/7 (saat 10:00–19:00), 6-cı gün qısa iş günü;
Əməkhaqqı: 800 AZN.
Tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
