Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Potensial alıcıların mağazaya yönləndirilməsində aktiv iştirak etmək;
Müraciət edən müştərilərin maliyyə durumunu araşdırmaq və onların müxtəlif bazalarda yoxlanılmasını təşkil etmək;
Borc məbləğini və aylıq ödəniş həcmini hesablamaq;
Hissə-hissə satış üçün tələb olunan sənədləri hazırlamaq və müqavilələrin rəsmiləşdirilməsini həyata keçirmək;
Müştərilərin ödəniş müddəti sona çatana qədər onlarla əlaqəni saxlamaq və ödənişlərin izlənməsini təmin etmək;
Görülmüş bütün əməliyyatlar üzrə hesabatları rəhbərliyə təqdim etmək.
Tələblər:
Ali və ya orta ixtisas təhsili;
MS Office proqramlarında işləmə bacarığı;
Komanda daxilində işləmək bacarığı;
Güclü analitik düşünmə və qərarvermə qabiliyyəti;
Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
Yüksək ünsiyyət bacarıqları, həm yazılı, həm də şifahi danışıq qabiliyyəti.
İş şəraiti:
İş yeri: Bakı filialı
İş qrafiki: 6 günlük iş rejimi
Əmək haqqı: 600-900 AZN
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
Nahar yeməyi şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
