Vakansiya haqqında
ABV komandası üçün logistika və satınalma üzrə mütəxəssis axtarılır.
Əgər logistika və satınalma sahəsində təcrübəniz varsa, təchizatçılarla işləmək, danışıqlar aparmaq və prosesləri səmərəli idarə etmək bacarığınız varsa, komandamıza qoşulmaq üçün müraciət edə bilərsiniz.
Vəzifə öhdəlikləri:
Yerli və xarici təchizatçılarla işgüzar münasibətlərin qurulması və idarə olunması;
Mal və xidmətlərin satınalma prosesinin təşkili və əlaqələndirilməsi;
Təchizatçılardan kommersiya təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması;
Xarici sifarişlərin və çatdırılma proseslərinin izlənilməsi və nəzarətdə saxlanılması;
Müqavilə, hesab-faktura, təhvil-təslim və gömrük sənədlərinin hazırlanması və idarə edilməsi;
Nəqliyyat və logistika xərclərinin optimallaşdırılması;
Satınalma və logistika prosesləri ilə bağlı müvafiq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
Logistika və satınalma sahəsində minimum 2-3 il iş təcrübəsi;
İqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya uyğun sahə üzrə ali təhsil;
Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili arzuolunandır;
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
Yerli və xarici təchizatçılarla işləmək və danışıqlar aparmaq bacarığı;
Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti;
Komanda ilə işləmək və iş proseslərini səmərəli koordinasiya etmək bacarığı.
Biz nə təklif edirik?
Peşəkar və dinamik iş mühiti;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Komanda ilə əməkdaşlıq və təcrübə mübadiləsi.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Logistika və Satınalma üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
