Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Shahdag Hotel Company

SPA receptionist

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifələr Resepsion işi üçün tələb olunan ləvazimat və materialların ehtiyatını nəzarətdə saxlamaq. Bütün nağd əməliyyatlar üzrə dəqiq uçot aparmaq. Hər növbənin sonunda maliyyə əməliyyatlarının düzgün şəkildə uzlaşdırılmasını və təhvil verilməsini təmin etmək. Spa & Leisure Centre-də xidmət və təmizlik standartlarının daim yüksək səviyyədə qalmasına nəzarət etmək. Qonaq və klub üzvü məmnuniyyətini prioritet tutmaq, təhlükəsizlik və xidmətin ən yüksək standartlarını qorumaq. Telefon zənglərinə vaxtında və peşəkar şəkildə cavab vermək, lazım olduqda müraciətləri uyğun əməkdaşlara yönləndirmək. Bütün qonaqları və klub üzvlərini səmimi, nəzakətli və gülərüz şəkildə qarşılamaq. Lazım olduqda qonaqları müşayiət etmək. Mərkəzdəki bütün fəaliyyət və proseslər barədə tam məlumatlı olmaq. Mərkəz haqqında həm şəxsən, həm də telefonla dəqiq məlumat təqdim etmək. Göstərilən xidmətlər üzrə qonaqlardan ödənişləri və digər müvafiq haqları toplamaq. Rezervasiyaları, bronları və cədvəl üzrə planlaşdırmanı idarə etmək. Bütün resepsion fəaliyyətlərini peşəkar və səmərəli şəkildə həyata keçirmək. İnventar yoxlamaları aparmaq və resepsion ləvazimatlarının, materiallarının düzgün saxlanmasına nəzarət etmək. Əmlak təhlükəsizliyi, ilk yardım, yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə prosedurları bilmək. Avadanlıqlardan təhlükəsiz və məsuliyyətli istifadə etmək. İşə vaxtında gəlmək və gecikmədən çəkinmək. Müvafiq uniforma və şəxsi ad nişanını hər zaman taxmaq. Otelin və şöbənin tələblərinə uyğun olaraq şəxsi görünüş, səliqə və gigiyena standartlarını yüksək səviyyədə saxlamaq. Həmkarlar və digər şöbələrlə peşəkar və müsbət iş münasibətləri qorumaq. Növbə təhvilində effektiv kommunikasiya təmin etmək və işə vaxtında başlamaq. Tələblər İngilis və Azərbaycan dillərində sərbəst bilik, rus dili arzuolunandır. MS Office proqramları üzrə ilkin biliklər. Yaxşı ünsiyyət bacarığı və xoş davranış tərzi. Ali təhsil və ya ona ekvivalent təhsil. Şərtlər Məkan təminatı; Nəqliyyat xidməti; Sığorta təminatı. Maraqlanan namizədlər “Apply” düyməsində göstərilən linkə klikləməklə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.