Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Nihad Store

Satıcı - kassir

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Nihad Store komandası genişlənir və müştərilərlə ünsiyyəti sevən, məsuliyyətli, gülərüz, işinə ciddi yanaşan satıcı-kassir xanım və bəylər əməkdaşlığa dəvət olunur. Əmək haqqı və iş şəraiti Əmək haqqı: 600 AZN İş qrafiki: növbəli iş rejimi Nahar: şirkət tərəfindən təmin olunur İş yeri: Nihad Store, Bakı Vəzifə və öhdəliklər Müştəriləri səmimi və nəzakətli şəkildə qarşılamaq, onlara keyfiyyətli xidmət göstərmək; Məhsullar barədə ətraflı məlumat vermək və seçim zamanı müştərilərə kömək etmək; Kassa əməliyyatlarını dəqiq və diqqətli şəkildə yerinə yetirmək; Nağd və bank kartı ilə ödənişləri qəbul etmək; Məhsulların vitrinlərdə səliqəli və düzgün düzülməsinə nəzarət etmək; Məhsulların görünüşünə, təmizliyinə və satış sahəsinin səliqəsinə diqqət yetirmək; İş yerində təmizlik və nizam-intizam qaydalarına əməl etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək; Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət etmək. Namizədə dair tələblər Məsuliyyətli, dürüst və intizamlı olmaq; Müştərilərlə ünsiyyət qurmaq bacarığına malik olmaq; Gülərüz, nəzakətli və səliqəli olmaq; Komanda ilə işləməyi bacarmaq; Diqqətli olmaq və verilən tapşırıqları düzgün yerinə yetirmək; Satıcı və ya kassir sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir. Müraciət qaydası Müraciət etmək istəyən namizədlər qeyd olunan nömrələrə və ya Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına CV göndərə bilərlər. Əlaqə nömrəsi: 050 881 52 22 Əlaqə nömrəsi: 051 975 51 35 Ünvan: Bakı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.