Vakansiya haqqında
Təsvir
Biz innovativ süni intellekt məhsulları üzərində çalışan, enerjili və təcrübəli Fullstack AI Developer axtarırıq. Bu vəzifədə siz mürəkkəb AI həllərini, o cümlədən LLM, RAG sistemləri və agentləri real istifadəçi interfeysləri ilə birləşdirərək sıfırdan tam işlək məhsullar hazırlayacaqsınız.
Vəzifə öhdəlikləri
Biznes tələblərini texniki tapşırığa və architecture design formatına çevirmək, eləcə də digər departamentlərlə texniki məsləhətçi kimi əməkdaşlıq etmək;
AI alətləri və biznes məntiqi ilə problemsiz işləyən güclü backend arxitekturasını layihələndirmək və idarə etmək;
Kodun keyfiyyətini, təhlükəsizliyini və performansını artırmaq üçün code review və testləşdirmə proseslərini idarə etmək;
Yeni texnologiya və frameworkların araşdırılmasını aparmaq, onların layihələrdə tətbiq imkanlarını qiymətləndirmək;
OpenAI (GPT), Google (Gemini), Anthropic (Claude), Llama kimi böyük dil modellərini (LLM) API vasitəsilə tətbiqə inteqrasiya etmək;
Cloud əsaslı sistemləri lokal on-premise mühitə köçürmək və infrastrukturu buna uyğun tənzimləmək;
Sistem inteqrasiyası, API dizaynı, məlumat təhlükəsizliyi və performans optimallaşdırılması üzrə strateji qərarlar qəbul etmək;
Layihə üzrə texniki sənədləri hazırlamaq və analitik hesabatlılığı aparmaq.
Tələblər
Ali təhsil: kompüter elmləri, proqram mühəndisliyi, İKT və ya əlaqəli sahələr üzrə;
Full Stack Developer və ya oxşar proqramlaşdırma vəzifəsində minimum 3-4 il iş təcrübəsi;
Backend üzrə Python (FastAPI) və ya Node.js (TypeScript) dillərində yüksək proqramlaşdırma bacarığı, data strukturları və alqoritmlər üzrə biliklər, mikroservis arxitekturası üzrə dərin anlayış;
Frontend üzrə React.js və Next.js framework-ləri ilə geniş iş təcrübəsi;
AI və LLM sahəsində LangChain, LlamaIndex və ya oxşar AI framework-ləri ilə iş təcrübəsi;
Vector DB kimi Pinecone, ChromaDB, PGVector və ya Azure AI Search ilə işləmək bacarığı;
RESTful API və WebSockets texnologiyaları üzrə dərin biliklər;
PostgreSQL və MySQL üzrə sorğu optimallaşdırılması və verilənlər bazası strukturlarının layihələndirilməsi;
CI/CD konseptləri, Docker və bulud serverləri (AWS, Azure və ya GCP) ilə infrastruktur səviyyəsində işləmək bacarığı;
Git və GitHub/GitLab ilə sərbəst işləmə bacarığı.
Üstünlükdür
MLOps alətləri, o cümlədən Kubernetes haqqında anlayış;
Bulud platformaları (AWS, Google Cloud, Azure) ilə iş təcrübəsi.
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
