Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Foodcity Agropark

Proseslərin standartlaşdırılması üzrə aparıcı mütəxəssis

XudatMənbə: Vezife.az

Vakansiya haqqında

Tələblər Qida məhsullarının mühəndisliyi, qida təhlükəsizliyi, standartlaşdırma və sertifikasiya, metrologiya və ya bu sahələrlə bağlı digər ixtisaslar üzrə ali təhsil; Müvafiq istiqamətdə ən azı 2 il iş təcrübəsi; ISO 9001, ISO 22000, ISO 14001, ISO 45001 və digər beynəlxalq standartlar barədə bilik; Keyfiyyət idarəetmə sistemləri və daxili audit prosedurları üzrə biliklər; Prosedur, təlimat və digər sistem sənədlərinin hazırlanması və idarə edilməsi bacarığı; MS Office proqramları ilə yaxşı işləmək bacarığı; Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmək; Analitik yanaşma, ünsiyyət, planlaşdırma və komanda ilə işləmək bacarıqları. Vəzifə öhdəlikləri Beynəlxalq standartların tələblərinə uyğun prosedurların, təlimatların, proseslərin və digər sistem sənədlərinin hazırlanmasını və yenilənməsini təmin etmək; Şirkətdə istifadə olunan sənədlərin qeydiyyatı və dövriyyəsinə nəzarət etmək, həmçinin yalnız aktual versiyaların tətbiq olunduğunu yoxlamaq; İllik audit planına əsasən daxili auditlər aparmaq, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək; Auditlər və proseslərin icrası zamanı müəyyən edilən uyğunsuzluqlar üzrə düzəldici və qabaqlayıcı tədbirləri təşkil etmək və izləmək; Keyfiyyət hədəfləri üzrə göstəriciləri təhlil etmək və nəticələrə dair hesabatlar hazırlamaq; Şirkətdə beynəlxalq standartların tətbiqini, idarəetmə sistemlərinin davamlı fəaliyyətini və təkmilləşdirilməsini təmin etmək; Sertifikatlaşdırma auditlərində iştirak etmək və standart tələblərinə uyğunluğun qorunmasına dəstək vermək; İşçilərə standartlar, keyfiyyət idarəetmə sistemləri və prosedurların tətbiqi ilə bağlı metodoloji dəstək göstərmək; Biznes proseslərinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması ilə bağlı təkliflər hazırlamaq. İş şərtləri və əlavə üstünlüklər İş yeri: Xudat şəhəri; Könüllü tibbi sığorta (3 ay sonra); “Dəyərlisən” mobil tətbiqi – PAŞA Loyallıq platforması. Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər CV-lərini “Proseslərin standartlaşdırılması üzrə aparıcı mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.