Vakansiya haqqında
İş şəraiti
İş yeri: “KEMPİNSKİ Bayıl Bay” Layihəsi, Bayıl qəs. Qurban Abbas küç. 5
İş qrafiki: 5 günlük növbəli iş qrafiki
Tələblər
Təhsil/ixtisas: Elektrik sahəsi üzrə texniki təhsil
İş təcrübəsi: Elektrik istiqamətində ən azı 6 ay
Dil biliyi: Azərbaycan dili, digər dillər üstünlük sayılır
Sertifikat/vəsiqə/lisenziya: Müvafiq sahə üzrə olması arzu edilir
Əsas vəzifə öhdəlikləri
İş təhlükəsizliyi və SƏTƏM qaydalarına ciddi şəkildə əməl etmək
Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilmək
Elektrik sxemlərini oxuya bilmək
Elektrik xətlərinin çəkilişi zamanı texnoloji ardıcıllığın qorunmasına nəzarət etmək
Sxemlərə uyğun şəkildə elektrik şəbəkələrinin montajını həyata keçirmək
Elektrik materialları və aksesuarlarını tanımaq, onların xüsusiyyətlərini bilmək və düzgün istifadə etmək
Elektrik avadanlığı, kabel və hava şəbəkələrinin sınaqdan keçirilməsi metodlarına bələd olmaq
Yüksək tezlikli qurğuların iş prinsiplərini bilmək
Aşkar edilən nasazlıqları aradan qaldırmaq
Elektrik işlərini normativ tələblərə uyğun və düzgün şəkildə yerinə yetirmək
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir
Namizədlər anket və ya CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına və ya +994 51 2707434 nömrəsinə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
