Vakansiya haqqında
“Meqa Həyat Sığorta” ASC sığorta və satış sahəsində karyera qurmaq istəyən namizədləri Təcrübə Proqramı-na qoşulmağa və peşəkar komandamızın bir hissəsi olmağa dəvət edir.
Proqramın məqsədi təcrübəçilərin sığorta və satış üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, onları müştəri münasibətlərinin idarə olunması, satış prosesləri və sığorta əməliyyatları ilə yaxından tanış etməkdir. Təcrübəçilər daxili təlimlərdə iştirak edəcək, gündəlik iş proseslərinə cəlb olunacaq və peşəkar mentorların dəstəyi ilə real iş təcrübəsi qazanacaqlar.
Öhdəliklər
Mövcud müştərilərin sığorta müqavilələrinin yenilənməsi;
Yeni müştərilərdən daxil olan sorğuların cavablandırılması;
Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılması;
Müştərilərə sığorta məhsulları barədə ətraflı məlumat verilməsi;
Müştəri və müqavilə məlumatlarının daxili informasiya sisteminə daxil edilməsi.
Bilik və bacarıqlar
MS Office proqramları ilə işləmə bacarığı;
Sığorta qanunvericiliyi üzrə biliklər üstünlükdür;
Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı;
Məsuliyyətlilik və dəqiqlik;
Azərbaycan dili; rus və ingilis dilləri arzuolunandır.
Təhsil və təcrübə
Ali təhsil (bakalavr dərəcəsi);
Müvafiq sahə üzrə 0–1 il iş təcrübəsi arzuolunandır.
Bizim təklifimiz
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Davamlı öyrənmə və inkişaf mühiti;
Daxili təlimlər və peşəkar mentor dəstəyi;
Sığorta məhsulları və satış prosesini praktik şəkildə öyrənmək imkanı;
Müştərilərlə peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirmək;
Real iş mühitində təcrübə qazanmaq;
Uğurlu nəticə göstərən namizədlər üçün uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı.
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində "Təcrübə proqramı" qeyd etməklə, Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
