Vakansiya haqqında
SmartPlate komandası üçün təcrübəli qənnadçı axtarılır.
Məhsullarımız şəkərsiz və glutensizdir.
Biz işinə məsuliyyətlə yanaşan, səliqəyə önəm verən və hazırladığı hər məhsula diqqətlə yanaşan komanda üzvü axtarırıq.
Bizim üçün yalnız peşəkar bacarıq deyil, həm də insanın xarakteri vacibdir. Mehribanlıq, təmizlik və işinə sevgi əsas dəyərlərimizdir.
Sizə nə təklif edirik?
Səmimi və mehriban iş mühiti
Razılaşma əsasında müəyyən olunan iş qrafiki
Həftədə 6 iş günü
Rəsmi işə qəbul
Başlanğıc əməkhaqqı təcrübəyə əsasən müəyyən olunur. Hədəfimiz maaşın mərhələli şəkildə ayda 1 000 AZN xalis məbləğə çatmasıdır.
Bizim üçün əsas prioritet sərt iş rejimi deyil, məsuliyyət, qarşılıqlı hörmət və işin keyfiyyətidir. İnsanların rahat işlədiyi və həvəslə çalışdığı bir mühit yaratmağa diqqət edirik.
Əgər qənnadçılığı sevirsinizsə, təmizliyə diqqət göstərirsinizsə və mehriban komandada çalışmaq istəyirsinizsə, SmartPlate ailəsinə qoşulmaq üçün müraciət edin.
Müraciət üçün CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin və özünüz, eləcə də təcrübəniz barədə qısa məlumat yazın.
Əlaqə: +994555222120
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
