Vakansiya haqqında
MathYouCan komandası üçün Riyaziyyat müəllimi yetişdirmək məqsədilə namizədlər axtarırıq.
Xarici təhsil proqramları çərçivəsində riyaziyyatın tədrisinə marağı olan, öyrənməyə həvəsli və peşəkar inkişafına önəm verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
Şagirdlərin suallarını cavablandırmaq və çətinlik çəkdikləri mövzuları izah etmək
Dərs vəsaitlərinin hazırlanmasına və yaradılmasına dəstək vermək
Şagirdlərin inkişafını qiymətləndirmək və ona nəzarət etmək
Peşəkar inkişaf üçün çalışmaq və yeni biliklərə açıq olmaq
Qeyd: Namizədlər ilk il ərzində peşəni öyrənərək müəllim köməkçisi kimi fəaliyyət göstərəcəklər.
Namizədə tələblər
Riyaziyyat və ya əlaqəli ixtisas üzrə təhsil almaq
Rus dilini bilmək (vacibdir)
Orta səviyyədə ingilis dili biliyinə sahib olmaq
Məsuliyyətli, pozitiv və yeniliklərə açıq olmaq
Yaş: 20–26
İş şəraiti
İş saatları: 13:00–20:00
İş yeri: Bakı
Maaş: 700-1200 Azn
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Riyaziyyat müəllimi” yazılması xahiş olunur.
Riyaziyyata marağın varsa və bu sahədə özünü inkişaf etdirmək istəyirsənsə, MathYouCan komandasına qoşul.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
