Vakansiya haqqında
Namizədə olan tələblər
Ali təhsil (Hüquq).
Hüquq sahəsində minimum 1 il iş təcrübəsi.
Bank, bank olmayan kredit təşkilatı və ya lizinq şirkətlərində hüquq sahəsi üzrə iş təcrübəsi.
Məhkəmə işlərinin aparılması və prosessual sənədlərin hazırlanması üzrə ilkin praktiki təcrübə.
Kredit və lizinq müqavilələrindən irəli gələn hüquqi münasibətlər və mübahisələr üzrə praktiki biliklər.
Elektron məhkəmə informasiya sistemi ilə işləmək bacarığı.
MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı.
Vəzifə öhdəlikləri
Lizinq müqavilələrindən və digər mülki-hüquqi münasibətlərdən yaranan mübahisələr üzrə məhkəmə işlərinin aparılması.
İddia ərizələrinin, etirazların, vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin, həmçinin digər prosessual sənədlərin hazırlanması.
Müvafiq səlahiyyətlər əsasında şirkətin məhkəmələrdə təmsil olunması və məhkəmə iclaslarında iştirak.
Məhkəmə işləri üçün lazım olan sənədlərin və sübutların toplanması, təhlili və sistemləşdirilməsi.
Məhkəmə proseslərinin gedişatının, iclas tarixlərinin və prosessual müddətlərin izlənilməsi.
Məhkəmə qərarlarının təhlili və növbəti prosessual addımlarla bağlı təkliflərin hazırlanması.
Məhkəmə aktlarının icraya yönəldilməsi ilə bağlı zəruri prosedurların həyata keçirilməsi və işlərin icra üzrə məsul hüquqşünasa təhvil verilməsi.
Elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə işlərinin izlənilməsi və müvafiq əməliyyatların aparılması.
Məhkəmə işləri üzrə elektron reyestrin aparılması və məlumatların mütəmadi yenilənməsi.
Görülən işlər, əldə olunan nəticələr, mövcud problemlər və növbəti tədbirlər barədə həftəlik və aylıq hesabatların hazırlanması.
Hüquq şöbəsinin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqların icrası.
İş şərtlərimiz
İş qrafiki: 5 günlük.
İş saatları: 08:30-17:30.
İş yeri: Bakı, Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi, 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Məhkəmə işləri üzrə hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
