Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Az-Caspian Construction

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

QarabağMənbə: Vezife.az

Vakansiya haqqında

Təsvir: Layihənin xüsusiyyətlərini, təsvirini, metodikasını, həmçinin Keyfiyyətə nəzarət planları və prosedurlarını hazırlamaq; Qarabağda tikinti işlərinin layihə tələblərinə, norma və standartlara uyğun aparılmasını təmin etmək, yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək və növbəti işin başlanmasına icazə vermək; Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi prosesini əlaqələndirmək, sənədləşdirməni aparmaq; Tikinti üzrə iş ardıcıllığını bilmək və müvafiq işlər tamamlanarkən təhvil-təslim prosesində yaxından iştirak etmək; Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu barədə rəy bildirmək, onların tətbiqini təşkil etmək; İşlər başa çatdıqdan sonra yekun yoxlamanı həyata keçirmək və icradan sonrakı nəzarəti təmin etmək; İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsini həyata keçirmək; Tikinti sahələrində yerinə yetirilən işlərin və xidmətlərin keyfiyyətinin idarə olunmasına dair qeydlər aparmaq, dövri hesabatlar hazırlamaq; İstehsal nəzarəti zamanı aşkarlanan qüsurları müəyyən etmək və uyğunsuzluq hesabatları açmaq. Tələblər: Ali təhsil (uyğun sahə üzrə olması üstünlükdür); Minimum 3-4 il iş təcrübəsi; Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmək bacarığı; ISO standartları üzrə biliklər (üstünlükdür); Yüksək təşkilatçılıq və planlama bacarığı; Ünsiyyət və koordinasiya bacarıqları. Əlavə məlumatlar: İş rejimi: 6 gün; Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun müəyyən olunacaq; İş yeri: Qarabağ. Göstərilən tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, CV-lərini foto ilə birlikdə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Əlaqə telefonu: 055 216 20 65

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.