Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

FBCO MMC

Aşpaz (line cook) - Wagamama

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İş yeri: FBCO LLC Lokasiya: Port Baku Tower 2, Bakı Wagamama 1992-ci ildə Londonda yaranmış, Asiya mətbəxindən ilhamlanan beynəlxalq restoran şəbəkəsidir. Hazırda 20-dən çox ölkədə fəaliyyət göstərən və 230-dan artıq restorana sahib olan brend, qonaqlara keyfiyyətli yemək və fərqli restoran təcrübəsi təqdim edir. İnkişafı, komanda ruhunu və mükəmməl xidmət mədəniyyətini önəmsəyən Wagamama artıq Azərbaycandadır və Bakıdakı komandaya enerjili, məsuliyyətli, öyrənməyə açıq əməkdaşlar axtarır. Vəzifənin təsviri Aşpaz (Line Cook) vəzifəsinin əsas məqsədi wagamama restoranında aidiyyəti mətbəx stansiyasında ilkin hazırlığı icra etmək, yeməkləri texnoloji kartlara, reseptlərə, porsiya və brend standartlarına uyğun hazırlamaqdır. Bu rol sürət, keyfiyyət, qida təhlükəsizliyi və gigiyena qaydalarına ciddi əməl etməyi tələb edir, lakin aşpaz heyətinə rəhbərlik və nəzarət funksiyalarını əhatə etmir. Təyin olunmuş mətbəx stansiyasında yeməkləri wagamama brendinin təsdiqlənmiş texnoloji kartları, reseptləri, hazırlanma üsulları, porsiya və təqdimat standartlarına uyğun bişirmək. Mise en place prosesini yerinə yetirmək: verilmiş hazırlıq siyahısına əsasən məhsulları doğramaq, hazırlamaq, porsiyalamaq və iş sahəsini servisə hazırlamaq. Yüksək iş tempində sifarişləri müəyyən edilmiş ardıcıllıqla, operativ və keyfiyyətli şəkildə hazırlamaq, hazırlanan yeməklərin resept və təqdimat standartlarına uyğunluğunu yoxlamaq. HACCP, qida təhlükəsizliyi, şəxsi gigiyena, sanitariya və allergen qaydalarına riayət etmək; allergenlə bağlı xüsusi sifarişləri verilmiş təlimata əsasən hazırlamaq və qeyri-müəyyən halları Baş Aşpazla dəqiqləşdirmək. Məhsulları düzgün saxlanma şərtlərinə uyğun yerləşdirmək, etiketləmə və istifadə müddətlərini nəzarətdə saxlamaq, FIFO və FEFO prinsiplərinə əməl etmək. Xammal və ehtiyatlardan səmərəli istifadə etmək, israfın qarşısını almaq, məhsul çatışmazlığı, keyfiyyət uyğunsuzluğu və istifadə müddəti ilə bağlı məsələlər barədə məsul aşpaza məlumat vermək. İş stansiyasını, alətləri və avadanlıqları təmiz, səliqəli saxlamaq, onlardan təlimata uyğun istifadə etmək və hər hansı nasazlıq barədə məsul şəxsə bildirmək. Baş Aşpazın və növbə üzrə məsul aşpazın tapşırıqlarını yerinə yetirmək, hazırlıq siyahısı üzrə görülən işlər və ehtiyaclar barədə məlumat vermək. Mətbəx komandası ilə səmərəli əməkdaşlıq etmək və sifarişlərin vaxtında hazırlanması üçün digər stansiyalarla əlaqəli işləmək. Müxtəlif mətbəx stansiyalarında işləməyi öyrənmək və müvafiq təlimdən sonra hazırlıq səviyyəsinə uyğun tapşırıqları icra etmək. wagamama reseptləri, hazırlanma texnikaları və əməliyyat standartları üzrə keçirilən təlimlərdə, həmçinin verilmiş tapşırıqlar çərçivəsində yeni menyu məhsullarının sınaq hazırlanmasında iştirak etmək. Tələblər Restoran mətbəxində əsas bişirmə texnikalarını bilmək və tətbiq etmək. Texnoloji kartları və reseptləri oxumaq, porsiya və təqdimat standartlarına riayət etmək. Mise en place prosesini icra etmək üçün baza bilik və bacarıqlara malik olmaq. HACCP, qida təhlükəsizliyi, gigiyena və allergen qaydalarını bilmək və onlara əməl etmək. Məhsulların düzgün saxlanması, etiketlənməsi və FIFO prinsipləri üzrə biliklərə sahib olmaq. Təhsil Orta və ya peşə təhsili, qida sektoru üzrə olması arzuolunandır. İş təcrübəsi Minimum 2–4 il A’la carte mətbəx təcrübəsi. Asiya mətbəxində iş təcrübəsi məcburi deyil, lakin üstünlük hesab olunur. Peşəkar bacarıq və kompetensiyalar Yüksək iş intensivliyində sürətli, dəqiq və keyfiyyətli işləmək. Stressli vəziyyətlərdə sakit və məhsuldar qalmaq. Baş Aşpazın və növbə üzrə məsul aşpazın göstərişlərini düzgün anlamaq və yerinə yetirmək. Komanda ilə effektiv işləmək, ümumi nəticəyə töhfə vermək və komandanın bir hissəsi kimi fəaliyyət göstərmək. Müxtəlif mətbəx stansiyalarında işləməyi öyrənməyə və yeni funksiyaları mənimsəməyə hazır olmaq. wagamama brendinin reseptlərini, hazırlanma texnikalarını və əməliyyat standartlarını öyrənməyə, təlimlərdə iştirak etməyə və öyrəndiklərini iş prosesində tətbiq etməyə hazır olmaq. Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.