Vakansiya haqqında
Kontakt Home komandamız üçün peşəkar kassir axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştərilər tərəfindən edilən ödənişlərin, o cümlədən kredit ödənişlərinin qəbul olunması;
Qəbul edilən vəsaitlərin yoxlanılması və əməliyyatın müəyyən edilmiş qaydada icra edilməsi;
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin hazırlanması;
Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;
Nağd pul vəsaitlərinin təhlükəsiz şəkildə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
Müştərilərin suallarını dinləmək, səlahiyyət çərçivəsində cavablandırmaq və ya aidiyyəti üzrə yönləndirmək.
Namizədə tələblər:
Ali təhsil;
Kassir vəzifəsi üzrə iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzuolunandır;
Nağd pul ödənişləri ilə işləmək üçün sadə riyazi biliklərə sahib olmalı;
Müxtəlif növ kassa aparatları və onların iş prinsipləri barədə məlumatlı olmalı;
Microsoft Office proqramları üzrə biliklərə malik olmalı;
İşində dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Dinamik və müasir iş mühiti;
Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
Yeni bilik və bacarıqların inkişafı üçün imkanlar.
İş şəraiti:
İş yeri: Şamaxı;
İş qrafiki: Növbəli.
Qeyd: Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
