Vakansiya haqqında
İş yeri barədə məlumat:
Syrovarnya Restoranı
Ünvan: Zərifə Əliyeva 2/4
Vəzifə öhdəlikləri barədə məlumat:
Şirkətin xidmət standartlarına uyğun şəkildə komandanın seçilməsi, təlimi, inkişafı və idarə olunması;
Yüksək səviyyəli müştəri xidmətinin təmin edilməsi;
Satış, rezervasiya, kassa və hesabat proseslərinə nəzarət edilməsi;
Yeməklərin keyfiyyətinə və təqdimatına nəzarət etmək;
Qonaq məmnuniyyətinin təmin olunması və yaranan məsələlərin operativ həlli;
Restoranın ümumi əməliyyat, texniki, estetik və nizam-intizam vəziyyətinə nəzarət etmək;
Avadanlıq, inventar və ləvazimatlardan düzgün və səmərəli istifadəyə nəzarət etmək;
Namizədə tələblər:
Restoran və xidmət sahəsində mütləq 3-5 il iş təcrübəsi;
Satış və xidmət standartları üzrə yüksək səviyyədə bilik;
Vaxtı düzgün idarə etmək bacarığı;
Effektiv ünsiyyət və problemləri operativ həll etmə bacarığı;
Kollektivdə işləmək və liderlik qabiliyyəti;
Səlis rus dili biliyi mütləqdir, ingilis dili isə arzu olunandır.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
5 günlük iş həftəsi;
İş növbəlidir və qrafik əsasında tənzimlənir;
Nahar təmin edilir;
Gecə növbəsindən çıxış zamanı nəqliyyat təmin edilir;
Əmək haqqı: 1500 AZN+bonus.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində vakansiya adı kimi “Restoran meneceri” qeyd edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
