Vakansiya haqqında
“Baku Business Consulting” MMC üçün Kiçik mühasib tələb olunur.
Vəzifə öhdəlikləri:
İlkin mühasibat sənədlərinin, o cümlədən hesab-fakturaların, elektron qaimə-fakturaların, təhvil-təslim aktlarının, ödəniş sənədlərinin və digər aidiyyəti sənədlərin hazırlanması, qəbulu, yoxlanılması və qaydaya salınması;
Gündəlik bank əməliyyatlarının icrası, o cümlədən yerli və xarici ödənişlərin, vergi, sosial sığorta və digər büdcə ödənişlərinin həyata keçirilməsi;
Maliyyə və mühasibat əməliyyatlarının 1C (8.3) proqramında işlənməsi;
Əməkhaqqı, ezamiyyə və məzuniyyət ödənişlərinin hesablanması və müvafiq köçürmələrin yerinə yetirilməsi;
Statistik hesabatlar, muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergilər üzrə vahid bəyannamə və digər vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə ilkin bilik və bacarıqlara sahib olmaq;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və müvafiq normativ-hüquqi aktlar barədə məlumatlı olmaq;
Debitor və kreditor borclarının uçotunun aparılması, qarşılıqlı hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanmasında iştirak etmək;
Mühasibat sənədlərinin düzgün qeydiyyatını, sistemləşdirilməsini, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək;
Birbaşa rəhbər tərəfindən vəzifə səlahiyyətlərinə uyğun verilən digər qanuni tapşırıqları icra etmək.
Ümumi tələblər:
İqtisadiyyat, maliyyə və mühasibat uçotu sahəsində ali təhsil;
Yaş həddi: 20-25;
Dürüst, dəqiq və məsuliyyətli olmaq, inkişafa və yeniliyə açıq yanaşmaq;
Komanda ilə işləmək bacarığı.
Əmək haqqı: 700 AZN
Qeyd: Mühasibatlıq üzrə yerli və beynəlxalq sertifikatların (PMS, ACCA və s.) və xarici dil biliklərinin (ingilis dili, rus dili) olması üstünlük hesab olunur.
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində “Kiçik mühasib” yazılmalıdır.
Tələblərə uyğun olmayan və qeyd olunan qaydada göndərilməyən müraciətlərə baxılmayacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
