Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Mobifon Electronics

SMM mütəxəssisi / canlı yayım aparıcısı

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İşin təsviri: Mobifon Electronics komandası üçün sosial media platformalarının idarə olunması, məhsulların tanıdılması və müştəri cəlbi istiqamətində çalışacaq kreativ və ünsiyyət bacarığı yüksək əməkdaş axtarılır. Vəzifə öhdəlikləri: TikTok, Instagram və Facebook hesablarının gündəlik və aktiv şəkildə idarə edilməsi; TikTok platformasında mütəmadi canlı yayımların aparılması; Canlı yayımlar zamanı iPhone və digər elektronika məhsullarının təqdimatı və reklamı; Məhsulların satışını dəstəkləyən kontentlərin hazırlanması; Sosial media hesablarında aktivliyin və izləyici sayının artırılması; Potensial müştərilərin cəlb olunması və müraciətlərin yönləndirilməsi; Reklam və tanıtım kampaniyalarının icrası. Namizədə tələblər: TikTok, Instagram və Facebook platformaları üzrə yaxşı bilik; Kamera qarşısında sərbəst danışmaq və canlı yayım aparmaq bacarığı; Güclü ünsiyyət və təqdimat qabiliyyəti; Kreativ yanaşma və təşəbbüskarlıq; Satış yönümlü düşüncə tərzi; Sosial media sahəsində iş təcrübəsi mütləqdir. Kamera qarşısında özünü rahat ifadə edən, auditoriyanın diqqətini çəkməyi bacaran, məhsulları maraqlı formada təqdim edən və sosial media vasitəsilə satışların artmasına töhfə verə biləcək əməkdaş axtarılır. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.