Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzTelco Group MMC

Daxili satınalma üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Şirkətin daxili satınalma tələblərini müəyyən etmək və satınalma prosesini təşkil etmək; Təchizatçıların araşdırılmasını aparmaq, kommersiya təkliflərini toplamaq və onları qiymət, keyfiyyət, eləcə də çatdırılma şərtlərinə görə müqayisə etmək; Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq; Satınalma sifarişləri, müqavilələr və digər aidiyyəti sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini təmin etmək; Sifarişlərin icrasını izləmək, məhsul və xidmətlərin vaxtında və tələb olunan keyfiyyətdə təqdim olunmasına nəzarət etmək; Təchizatçıların fəaliyyətini qiymətləndirmək və satınalma xərclərinin optimallaşdırılması ilə bağlı təkliflər vermək; Satınalma sənədlərini və məlumat bazasını idarə etmək, hesabatlar hazırlamaq və aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək; Satınalma proseslərinin daxili siyasət və prosedurlara uyğun icrasını təmin etmək, rəhbərliyin tapşırıqlarını yerinə yetirmək. Tələb olunan bilik və bacarıqlar Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə); Satınalma, Təchizat, Logistika və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi; Microsoft Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı; ERP və satınalma sistemləri ilə işləmək bacarığı; 1C proqramında işləmək bacarığı; Müqavilələr və satınalma sənədləri ilə işləmək bacarığı; Azərbaycan dilini səlis bilmək, ingilis və/və ya rus dilini bilmək üstünlükdür. Təklif olunur Şirkət tərəfindən nahar təminatı; Korporativ nömrə. Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.