Vakansiya haqqında
OMİD Mağazalar Şəbəkəsi Bakı, Gəncə və Quba şəhərlərində yerləşən mağazaları üzrə Mağaza müdiri vakansiyasını elan edir.
Namizədə tələblər
Yaş həddi: 25–45;
Müvafiq istiqamət üzrə ən azı 3 il iş təcrübəsi.
Biz təklif edirik
Rəqabətli əməkhaqqı və bonus sistemi;
Karyera inkişafı və peşəkar yüksəliş imkanı;
Stabil və dinamik iş mühiti.
Vəzifə öhdəlikləri
Mağazanın gündəlik iş prosesini idarə etmək;
Satış planlarının yerinə yetirilməsinə nəzarət etmək;
Komandanın fəaliyyətini təşkil etmək, idarə etmək və motivasiya etmək;
Müştəri məmnuniyyətini təmin etmək və şikayətləri operativ şəkildə həll etmək;
Anbar və məhsul ehtiyatlarına nəzarət etmək;
Satış göstəricilərini təhlil etmək və nəticələrin artırılması üçün tədbirlər görmək;
Şirkətin brend və vizual standartlarına riayət olunmasını təmin etmək.
Komandamıza qoşulmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Məktubun mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını və şəhəri qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
