Vakansiya haqqında
Təsvir
Rəqəmsal Hökumət Arxitekturasının qurulması çərçivəsində məlumat arxitekturasının hazırlanması və inkişaf etdirilməsi;
Dövlət informasiya sistemləri və rəqəmsal platformalar üzrə mövcud (AS-IS) və hədəf (TO-BE) məlumat arxitekturasının təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;
Dövlət informasiya sistemləri arasında məlumatların idarə edilməsi, saxlanılması, paylaşılması və istifadəsi üçün vahid memarlıq prinsiplərinin, standartların və metodoloji yanaşmaların işlənib hazırlanması;
Məlumat arxitekturası üzrə konsepsiyanın, inkişaf strategiyasının və mərhələli tətbiq planının hazırlanması və yenilənməsi;
Məlumat arxitekturasının Korporativ Arxitektura (Enterprise Architecture) çərçivəsinə uyğunlaşdırılması və digər memarlıq sahələri ilə əlaqələndirilməsi;
Rəqəmsal Hökumət Arxitekturası çərçivəsində məlumat arxitekturasının konseptual və məntiqi səviyyədə modelləşdirilməsi, informasiya sistemləri arasında məlumat asılılıqları və məlumat axınlarının arxitektura baxımından təhlili, hədəf arxitektura həllərinin formalaşdırılması;
Dövlət informasiya sistemləri arasında məlumatların təkrarlanması, uyğunsuzluğu, parçalanması və izolyasiyası ilə bağlı problemlərin müəyyən edilməsi və optimallaşdırma təkliflərinin hazırlanması;
Standartların müəyyən edilməsi: dövlət qurumları üzrə məlumatların idarə edilməsi (Data Governance), məlumat keyfiyyəti, metadataların idarə edilməsi və normativ tələblərə uyğunluq sahələrində standartların, siyasətlərin və qaydaların müəyyən edilməsi və onlara riayət olunmasının təmin edilməsi;
Dövlət informasiya sistemləri arasında məlumat mübadiləsi və inteqrasiya mexanizmlərinin memarlıq baxımından qiymətləndirilməsi;
API, ETL/ELT, CDC, event-driven architecture və digər məlumat inteqrasiyası yanaşmalarının tətbiqi üçün memarlıq tələblərinin müəyyənləşdirilməsi;
Məlumat anbarları (Data Warehouse), Data Lake, Data Lakehouse, məlumat kataloqları, məlumat reyestrləri və Data Product yanaşmaları üzrə həllərin qiymətləndirilməsi;
Rəqəmsal Hökumət Arxitekturasının əsas komponentləri, o cümlədən məlumat mübadiləsi platformaları və dövlət reyestrləri arasında məlumatların əlaqələndirilməsi üzrə memarlıq təkliflərinin hazırlanması;
Məlumat təhlükəsizliyi, fərdi məlumatların qorunması, giriş hüquqlarının idarə olunması və audit tələblərinin məlumat arxitekturasına inteqrasiyası;
Dövlət qurumlarının Rəqəmsallaşma üzrə Diaqnostikası (DMA) və informasiya sistemlərinin qiymətləndirilməsi (İSQ) proseslərində məlumat arxitekturası üzrə ekspert kimi iştirak;
Yeni informasiya sistemlərinin yaradılması və mövcud sistemlərin modernləşdirilməsi üzrə memarlıq həllərinin qiymətləndirilməsi;
Qiymətləndirmə nəticələri əsasında memarlıq rəylərinin, tövsiyələrin və təkmilləşdirmə tədbirlərinin hazırlanması;
Dövlət qurumlarının rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanmasında və icrasının monitorinqində iştirak;
Dövlət qurumlarına məlumat arxitekturası və məlumatların idarə edilməsi məsələləri üzrə metodoloji və əməli dəstəyin göstərilməsi;
Dövlət qurumları, texniki komandalar, biznes nümayəndələri və digər maraqlı tərəflərlə koordinasiyanın təmin edilməsi;
Müvafiq beynəlxalq təcrübələrin, standartların və texnoloji tendensiyaların araşdırılması;
Görülmüş işlər üzrə hesabatların, təqdimatların və analitik materialların hazırlanması;
Müvafiq işçi qruplarında, görüşlərdə və texniki müzakirələrdə iştirak.
Tələblər
İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
Məlumat arxitekturası və əlaqəli sahələr üzrə minimum 5 il iş təcrübəsi;
AS-IS və TO-BE məlumat arxitekturalarının hazırlanması, məlumat modelləşdirilməsi və sistemlərarası inteqrasiya üzrə təcrübə;
TOGAF, DAMA-DMBOK, Enterprise Architecture və Data Governance prinsipləri üzrə biliklər;
Məlumat modelləşdirilməsi, verilənlər bazaları və məlumat platformalarının arxitekturası üzrə təcrübə;
Məlumat inteqrasiyası, təhlükəsizliyi və interoperabellik prinsipləri üzrə biliklər;
Arxitektura həllərinin təhlili, modelləşdirilməsi, sənədləşdirilməsi və qiymətləndirilməsi bacarığı;
Dövlət informasiya sistemləri, rəqəmsal transformasiya və Enterprise Architecture layihələrində təcrübə;
Legacy sistemlərin modernləşdirilməsi və müasir məlumat platformaları üzrə biliklər;
DAMA CDMP, TOGAF və ya müvafiq texnoloji sertifikatların olması;
Azərbaycan dili üzrə əla, ingilis dili üzrə peşəkar səviyyə, rus dili arzuolunandır;
Analitik düşüncə, sistemli yanaşma, sənədləşdirmə və effektiv kommunikasiya bacarıqları.
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
